Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-27 15:43:00
Azəbaycanda da “Atakanlar” var- “İstedadları özlərinə qarşı işləyir”

 

Ötən həftə sosial medianın danışdığı Atakan Kayaların “indiqo” uşaq olması ilə bağlı iddialar ortaya atılıb.

 Hələ 10 yaşında olmasına baxmayaraq, oxuduğu kitablar və etdiyi açıqlamalar ilə hər kəsi təəccübləndirən Atakanın bu qədər göz önündə olmasının gələcəkdə çox böyük problemlərə səbəb olacağı deyilir.

Atakanın da daxil olduğu bildirən “indiqo” uşaqların əsas özəllikləri nələrdir?

Hesab edilir ki, “indiqo” uşaqlar intellektin yüksək səviyyəsinə, ekstrasensor və telepatiya qabiliyyətlərinə malikdirlər, xüsusi həssasiyyətlə seçilirlər. Bu uşaqlar öz inkişafına görə cəmiyyətlə ziddiyyət təşkil edirlər, onlarla ümumi dil tapmaq çətindir. Çünki onlar hamı tərəfindən qəbul edilmiş çərçivələrə sığmırlar, özlərinə qapalıdırlar və ya, əksinə, həddindən çox hiperaktivdirlər.

Bəs bu uşaqlarla necə davranmaq lazımdır ?

Psixoloq Elnur Rüstəmov AzEdu.az-ın sualını belə cavablandırıb:

Ümumiyyətlə, uşaqların əksəriyyətində müəyyən istedadlar var. Vacib olan onların potensiallarının vaxtında ortaya çıxarılması və cəmiyyətə doğru formada təqdim olunmasıdır. Çünki bu tip uşaqlarla xüsusən məşğul olmaq lazımdır. Bu uşaqlar həm psixoloji, həm də fiziki baxımdan daim nəzarət altında olmalıdır.  Çünki belə insanlar, şübhəsiz ki, öz yaşıdlarından fərqlənirlər. İndiqo uşaqlarda müəyyən sapmalar da olur – emosional sferada da ola bilər, hər hansı yayınmalar da mümkündür. Bu da çox normaldır. Çünki hər bir istedadın içərisində müəyyən sapmalar yarana bilər. Bununla bağlı dünyada tədqiqatlar aparılır. Məşhur italyan kriminalist-psixoloqu indiqo uşaqları ilə bağlı tədqiqatlarında da qeyd olunur ki, hər bir dahilik özündə müəyyən qədər dəliliyi də birləşdirir.

“Bir müddətdən sonra o istedad insanın özünə qarşı işləməyə başlayır”

Son günlərdə haqqında danışılan Atakanla bağlı mən düşünürəm ki, o, diqqətdə olacaq. Bu uşaqlara qarşı qayğı son dərəcə ehtiyatlı aparılmalıdır. Olduqca diqqətli olmaq lazımdır ki, sabah onda xroniki yorğunluq baş verməsin, hər hansı psixoloji problemlər ortaya çıxmasın. Belə olmadığı təqdirdə biz görürük ki, bir müddətdən sonra o istedad insanın özünə qarşı işləməyə başlayır.

İndiqo uşaqların əsas ehtiyacları nələrdir?

Bu insanların birinci ehtiyacı onların düşüncəsinə uyğun mühitin olmasıdır. Mütləq şəkildə bir mühit olmalıdır ki, hansı ki onlar həmin ortamda öz potensiallarını ortaya çıxara bilsin. Yəni, təhsil aldığı yerlərdən tutmuş, çevrələrində dərs deyən müəllimlərə qədər xüsusi ehtiyatla seçmək lazımdır.

Dünyada istedadlı uşaqlarla işləyən müəyyən qurumlar olur ki, onlar bu cür şəxslərin ortaya çıxarılması ilə məşğul olur və belə fərqli insanların gələcək inişafları ilə bağlı sosial-psixoloji işlər görürlər.

Normalda “indiqo” uşaqların təhsil alması üçün xüsusi məktəblər var ki, onlar burada təhsil almaqla yanaşı, həm də xüsusi istiqamətdə hazırlanır. Azərbaycanda bu cür uşaqlarımız çoxdur, yenə də qeyd edirəm ki, zamanında onları ortaya çıxarmaq lazımdır".