Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 11:36:00
Kurikuluma aid situasiya tipli  sual nümunələri –MİQ-ə hazırlaşanlar üçün

 

 AzEdu.az  MİQ müsabiqəsinə hazırlaşanlara kömək məqsədi ilə kurikulum üzrə təqdim edilən situasiya tipli sual nümunələrini təqdim edir:

Qeyd edək ki, sualları kurikulum üzrə təlimçi-müəllim Mahir Əhədov tərtib edib:

1.Ceyhun müəllimin dərsi şagirdlərə çətin gəlir və istənilən nəticə əldə edilmir.Bu müəllimin hansı pedaqoji qabiliyyətinin zəifliyindın irəli gəlir?

  1. Akademik
  2. Perseptiv
  3. Tədqiqatçılıq
  4. Kommunikativ
  5. Didaktik

2.Əhməd müəllim dərsin motivasiyasını qurmaqla şagirdləri bugünki dərsin mahiyyəti ilə tanış etdi, sonra müəllim dərslə bağlı tapşırıqlar əks olunmuş iş vərəqlərini qruplara payladı. Sinfin bir qrupu verilmiş tapşırığın çətinliyindən gileylənərək müəllimdən istiqamət verməyi istədi, lakin Əhməd müəllim “heç bir qrupa cuzi də olsa istiqamət verməyəcəm, özünüz işləyin!”deyərək özünü kənara çəkdi. Sizcə, müəllim burda təlimin təşkilinə verilən hansı tələbi pozdu ?

  1. Təlimdə bərabər imkanların yaradılması
  2. Pedaqoji prosesin tamlığı
  3. Fəaliyyətin stimullaşdırılması
  4. İnkişafyönümlülük
  5. Dəstəkləyici mühitin yaradılması

3.Həyat bilgisi dərsində müəllim şagirdlərə zərərli vərdişlərdən qorunmaqla bağlı tapşırıq verdi. Hər bir şagird öz fikirlərinə əsaslanıb bu tapşırığı yerinə yetirməlidir. Bu zaman şagirdlər idrak taksonomiyasının hansı səviyyəsinə görə bilik və bacarıqlar nümayiş etdirəcəklər?

  1. Anlama
  2. Tətbiq
  3. Təhlil
  4. Qiymətləndirmə
  5. Sintez

4.Hüseyn müəllim coğrafiya dərsində dünyada yaranan  son dövrün Monteneqro olduğunu söylədi. Bu zaman Jalə əlini qaldırıb müəlliminə son yaranan dövlət kimi Cənubi Sudanı bildiyini vurğuladı. Hüseyn müəllim isə şagirdin fikrinə “xeyr” deyərək bir daha öz cavabını qabartdı. Amma faktiki Jalənin dediyi doğru idi. Sizcə, Hüseyn müəllim hansı bacarığınının zəifliyindən səhvə yol vermişdi?

  1. Suqqestiv
  2. Perseptiv
  3. Akademik
  4. Didaktik
  5. Təşkilatçılıq

5.Seymur müəllim tarix dərsində Babəkin yadellilərə qarşı apardığı mübarizədən bəhs edir. O, Babək kimi danışır, şüarlar səsləndirir, bir növ xalq qəhrəmanlarıının məğrurluğunu  hiss və emosiyaları, jest və mimikaları ilə ifadə etməyə çalışır. Bu, Seymur müəllimin hansı pedaqoji qabiliyyətindən irəli gəlir?

  1. Didaktik
  2. Tədqiqatçılıq
  3. Perseptiv
  4. Təşkilatçılıq
  5. Ekspressiv

6.Gülnar müəllimə dərslərində müəllimlik peşəsini çox məsuliyyətli, vicdanlı yerinə yetirir. Belə ki, müəllimə şagirdlərinə tədris etdiyi fənnin bilik və bacarıqlarını həm yaxşı öyrədir, həm də onlarla çox gözəl ünsiyyət qurub anlaşır. Şagirdlər də öz müəllimlərini çox sevirlər və bir çoxunun müəllimlik peşəsinə marağı artıb və böyüyəndə Gülnar müəllimə kimi müəllim olacaqlarını söyləyirlər.
Sizcə şagirdlər belə istəyin yaranmasına Gülnar müəllimənin hansı pedaqoji qabiliyyəti daha çox şərait yaradıb

  1. A) Akademik
    B) Perseptiv
    C) Kommunikativlik
    D) Suqqestiv
    E) Təşkilatçılıq