https://www.zirve.edu.az/
25.02.2020 16:09
Kurikulum və Boloniya sistemləri nə dərəcədə faydalıdır?
Çap et

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun Kurikulum və Boloniya sistemlərinin ləğv olunması barədə çıxışından sonra bu sahədə müzakirələr aktivləşdi. Şura sədrinin öz təhsil konsepsiyası olduğunu açıqladı. Şahlar Əsgərov kurikulum və Boloniya sistemlərinin ölkə təhsilinə bir faydası olmadığını da dilə gətirdi.

 Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov  açıqlamasında kurikulum və Boloniya sistemlərini müzakirə edib.

 “Əvvəlcə bu bilinməlidir ki, kurikulum yeni ortaya çıxan bir anlayış deyil. Bu söz əslində yeni gəlib çxsa da, anlayış olaraq Sovet dövründə də var idi. Kurikulum “tədris proqramı, yol, istiqamət” mənasına gəlir. Bundan əvvəl də bizim müxtəlif kurikulumlarımız olub. Kurikulum anlayışının yeni və tamamilə fərqli bir sistem olduğunu qələmə vermək yeniliyə qarşı müqavimət göstərən insanlarda qıcıq yarada bilir. Ona görə də bəlkə də biz bu prosesin əvvəlində 2008-ci ildə kurikulumun yeni tədris proqramı desəydik hər halda başqa bir reaksiya ilə qarşılaşa bilərdik.

Ümumiyyətlə, kurikulum Amerikada Con Levi adlanan şəxsin proqmatist fəlsəfəsindən ortaya çıxan  konstruktuviz təhsil yanaşmasını, yəni, şagirdin özünün elmi qurmağı lazım olduğunu müdafiə edən təhsil yanaşmasıdır. Ötən əsrin əvvəllərindən etibarən dünyada yayılmış təhsil sistemi 1950-ci ildən sonra miqyasını genişləndirib. Kuriklum şagirdi tədris və təhsilin mərkəzinə alan bir sistemdir. Yəni şagirdyönümlü,tələbəyönümlü təhsil anlayışıdır. Bu isə humanizm cərəyanının nəticəsi idi. Çünki əvəllər daha klassik şərq təhsilində və eyni zamanda qərb kilsə təhsilində görülən bu işi şagird təhsil sisteminin mərkəzində yox sadəcə bir obyekti olaraq başa düşürdü. Amma bu proses iştirakçı olaraq tam mənada dinlənilmirdi və yaxud dəyərləndirilmirdi. Lakin bu humanist cərəyanlar dünyada bütün sosial hadisələri öz təsiri altına aldı. Əlbəttə ki, təhsildə bundan istisna deyildi. Bunun nəticəsində təhsil sistemləri də mərkəz halına gəlmiş oldu.

 Qoşqar Məhərrəmov qloballaşmanın təhsil sisteminə ciddi təsir etdiyini düşünür.

“1990-cı ildən sonra böyük dövlətlərin dağılmasından sonra başqa bir cərəyan olan qloballaşma cərəyanı ortaya çıxdı. Qloballaşma nəticəsində ölkələr bir-birinə öz məhsullarını satmaq üçün müəyyən standartlar yaratmağa başladı. Bununla bağlı olaraqda ali məktəblər yarandıki burda Boloniya sistemi tətbiq olunmağa başladı. Orta məktəblər də bir- birinə yaxın və eyni məzmunda proqramı tədris etsin deyə bu kimi beynəlxalq təhsil yanaşmaları, beynəlxalq təhsil kuriklumları ortaya çıxmağa başladı. Əlbəttə, Azərbaycan bu prosesdən özünü kənar tuta bilməzdi.  Ona görə də Boloniya sisteminə qoşuldu. Yeni kuriklum sistemi Azərbaycanda tətbiq olundu. Ona görə də hal-hazırda ali məktəblərdə olan Boloniya sistemini orta məktəbdə olan kuriklum sistemini nə qədər tənqid etsək də özümüzü tənqid etmiş sayılırıq. Kurikulum sistemində tənqidi azaltmaq üçün müəllimlərə müəyyən qədər muxtariyyət vermek, standartları konkretləşdirmək və bunun da nəticəsində müəllimlərin təhsil sitemində müəyyən qədər rahatlıq əldə etməsini təmin edə bilərik. Beləliklə, biz əslində daha humanist cərəyana doğru addımlamış ola biərik”.