Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-25 14:10:00
Arxeoloqlar qədim dövrə aid itmiş şəhər aşkar etdilər

ABŞ-ın Çikaqo Şərq İnstitutunun arxeoloqları tərəfindən Antik Krallığın itmiş şəhəri aşkar edilib.

Bu barədə Phys.org-a daxil olan məlumatda bildirilib.

Alimlər Türkiyənin cənubunda Türkmən-Karahöyük adlanan ərazidə araşdırma aparıblar.

Orada suvarma kanalı olan bölgədə Tunc və Dəmir dövrlərinə aid, Luvi dilində yazıları olan böyük bir daş lövhə tapıblar. Mətndə Hartap şahın Frigiya üzərində qələbəsi qeyd olunub. Bu çərçivədə Türkmən-Karahöyük əsrarəngiz səltənətin paytaxtı adlandırılıb.

Arxeoloqlar təqribən 1,2 kvadrat kilometr ərazini əhatə edən kiçik bir şəhərin xarabalıqlarını da aşkar ediblər. Lakin onlar bu şəhərin hansı qədim krallığa mənsub olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Hazırda yeni saraylar, evlər və digər abidələrin tapılması istiqamətində qazıntılar aparılması planlaşdırılır.