Azedu.az

Alimin monoqrafiyası Almaniyada nəşr olunub

20 Fevral 2020, 16:23
Alimin monoqrafiyası Almaniyada nəşr olunub

Mingəçevir Dövlət Universitetinin riyaziyyat kafedrasının dosenti Məlahət İsmayılovanın  “Dörd tərtibli xüsusi törəməli operator-diferensial tənliklərin həll olunmasının tədqiqi” adlı monoqrafiyası Almaniyada işıq üzü görüb.  

 Monoqrafiya abstrakt hilbert fəzasında dörd tərtibli xüsusi törəməli operator-diferensial tənliklərin həll olunma nəzəriyyəsinə həsr olunub. Bu nəzəriyyənin metodları riyaziyyatın və mexanikanın müxtəlif sahələrindən olan çoxlu sayda məsələlərə eyni nöqteyi-nəzərdən yanaşmağa və həll etməyə imkan verir.

 73 ədəbiyyatdan istifadə edilən, iki fəsil və 130 səhifədən ibarət olan monoqrafiya riyaziyyat ixtisası üzrə təhsil alan magistrlər, elmi-tədqiqat institutlarının mütəxəssisləri, doktorantlar və riyaziyyat sahəsində çalışan alimlər üçün nəzərdə tutulub.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox