Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-20 15:07:00
Olimpiadanın yarımfinal turunun keçiriləcəyi mərkəzlər bəlli oldu

AzEdu.az xəbər verir ki, Fevralın 23-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək.

 Yarımfinal turu Bakı şəhərində 7 mərkəzdə  təşkil ediləcək. Belə ki, Nərimanov rayonu 36, Nizami rayonu 229, Binəqədi rayonu 276, Xətai rayonu 138, Nəsimi rayonu 54 nömrəli tam orta məktəblər, ADA və Bakı Mühəndislik universitetləri  olimpiada  mərkəzləri olaraq təyin edilib.

 Olimpiadanın respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər  iştirak edəcək.

 Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçiriləcək.

 Qeyd edək ki, respublika  fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.