Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 10:11:00
 Şəmil Sadiq -“Kurikulumun ləğvinin tərəfdarı deyiləm”

"Kurikulumu ləğv etmək və ya bu özünü doğrultmadı kimi" ifadələri düzgün hesab etmirəm. Hörmətli təhsil ağsaqqallarımızın bu günlərdə yayılan fikirlərinin geniş izahına ehtiyac var. Müasir dünya təhsili ilə ayaqlaşmaq adına zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Hədəf liseyinin direktoru Şəmil Sadiq rəsmi feyzbuk hesabında paylaşıb. O qeyd edib ki, kurikulumda çatışmazlıqlar müzakirəyə çıxarılmalı, proqram təkmilləşdirilməlidir.

“Kurikulum termini proqram sözünün sinonimi kimi qəbul edilib. Ən yaxşı halda demək olar ki, bugünkü proqramlara yenidən baxmaq, günün tələbi ilə ayaqlaşdırmaq lazımdır. Kurikulumu ləğv edək deyərkən nəyi nəzərdə tuturuq? Mənə görə proqram qayət doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır. Bu başqa məsələ...
Bu sistemin bu cür olmasının yeganə səbəbi məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirməsinin düzgün aparılmamasıdır. Həyatı bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında sadəcə bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirir ki, kurikulum özünü doğrultmadı.
Təklif edirəm ki,  AzEdu.az təhsil portalının baş redaktoru Elmin Nuri  təşkilatçılığı ilə bu mövzuda elmi-praktik müzakirə keçirək.
Hökmən Təhsil Nazirliyi, DİM-in və  İctimai Şuranın nümayəndələri də iştirak etsin”.

Qeyd edək ki, kurikulum proqramı son günlərs sosial şəbəkələrdə müəllimlər arasında müzakirə olunur və əksəriyyət proqramının əleyhinədir.