Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-16 11:24:00
“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilir

“Yüksəliş” müsabiqəsi onlayn mərhələnin ümumi biliklər üzrə əsas və ilk imtahanına başlayıb. 

AzEdu.az-ın xəbərinə görə, imtahan saat 11:00 və 15:00 olmaqla  iki  növbədə təşkil edilib. Bu imtahana qatılmayan namizədlər növbəti mərhələyə buraxılmayacaq. 

İmtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılır. 84 sual üçün 2 saat vaxt ayrılıb. Hər fənn üzrə 21 sual təqdim olunur. İmtahan müddəti 2 saatdır. Hər sual üçün çətinliyindən asılı olaraq 30-90 saniyə vaxt ayrılıb. Test blokları arasında 10 dəqiqəlik  fasilə  olacaq.  Bu fasilədən  istifadə etmək iştirakçıların ixtiyarındadır. Sayta Firefox, Safari və Chrome brauzerlərdən biri vasitəsilə daxil olmaq mümkündür. Həmin müddət ərzində internet bağlantısının minimal sürəti 100 Kbit/san olmalıdır.

Layihənin İşçi qrupu tərəfindən namizədlərin suallarını dərhal cavablandırmaq və bütün mümkün texniki çatışmazlıqları aradan qaldırmaq məqsədilə Çağrı Mərkəzi (tel: 1820) yaradılıb. Həmçinin layihənin sosial şəbəkələrdəki səhifələrinə, elektron poçtuna ünvanlanan müraciətlər əsasında iştirakçılara dəstək göstəriləcək. 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.