Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-14 15:14:00
“Bizim müəllim"

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhəri 11 nömrəli tam orta məktəbin kimya müəllimi Xatirə Şabəddinovaya həsr olunub.

 Xatirə Şabəddinova 1993-cü ildən məzunu olduğu Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərir. Pedaqoji fəaliyyəti dövründə rayon, eləcə də respublikanın ən qabaqcıl müəllimlərindən biri kimi tanınan Xatirə Şabəddinova 2010-cu ildə “Beynəlxalq ətraf mühitin mühafizəsi İNEPO” layihə olimpiadasında "Sudan gübrə və avtomobil yanacaqının zərərsizləşdirilməsi "layihəsi üzrə şagirdləri ilə birgə  uğurla iştirak edib və 2010-cu il ekologiya ili münasibəti ilə ilin "Ən yaxşı layihəsi "olaraq xüsusi yerə layiq görülüb. 2011-ci ildə "Sintetik lif havanı təmizləyir "layihəsi ilə yenidən İNEPO layihə olimpiadasında layihə rəhbəri olaraq şagirdləri ilə uğurla iştirak edib və finalda sertifikatla təltif olunub.

 2012-ci ildə Təhsil Nazirliyinin xətti ilə "Müasir dövrdə təhsilin davamli inkişafı -istiqamətində Şəki rayonu 10 nömrəli tam orta məktəbdə təşkil olunmuş nümunə dərslərin dinlənilməsində yeni təlim texnologiyalarının tətbiqindəki yüksək nəticələrinə görə Fəxri Fərmanla təltif olunub.

 Təhsil Nazirliyinin təşkil etdiyi "Sabahın alimləri " Respublika Müsabiqəsində  dəfələrlə layihə rəhbəri olaraq öz şagirdləri ilə  uğurla iştirak edib və sertifikatlara layiq görülüb.

 2018- ci ildə Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunub.

 Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.