Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 11:43:00
Rezidenturada  ixtisaslar üzrə təhsil müddətləri-Namizədlərin nəzərinə

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklərə əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Yəni, ali təhsil müəssisəsinin  IV, V və VI kursunda təhsil alanlar bu il rezidenturaya qəbul müsabiqəsinin I mərhələsində iştirak edə bilərlər. III kurs tələbələri yalnız kursu tam başa vurduqdan sonra imtahan verə bilərlər.

Hansı ixtisas üzrə rezidentura təhsil müddətinin nə qədər olması isə rezident olmaq istəyənlərin əksəriyyətinə maraqlıdır.

AzEdu.az rezident olmaq istəyənlər üçün ixtisaslar üzrə təhsil müddətlərini təqdim edir:

Psixiatriya, İmmunologiya, Narkologiya, Ftiziatriya, Gigiyena, Mikrobiologiya, Laboratoriya işi, Genetika, Epidemiologiya ixtisaslarına qəbul olunan rezidentlər 2 il təhsil almaldırlar

Anesteziologiya-reanimatologiya, Oftalmologiya, Allerqologiya, Fizioterapiya və tibbi bərpa, Patoloji anatomiya, Məhkəmə-tibbi ekspertiza, Şüa terapiyası, Stomatologiya, Sosial gigiyena və səhiyyənin təşkili ixtisasları üzrə isə təhsil müddəti 3 ildir.

Otorinolarinqologiya, Nevrologiya, Terapiya, Kardiologiya, Nefrologiya, Qastroenterologiya, Hematologiya, Dermatovenerologiya, Yoluxucu xəstəliklər, Revmatologiya, Endokrinologiya, Pediatriya, Şüa diaqnostikası ixtisasları üzrə rezidenturaya qəbul olunanlar təhsillərini 4 il sonra başa vura bilirlər.

Ən uzunmüddətli rezidentura təhsili isə Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Plastik cərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Uşaq cərrahiyyəsi, Travmatologiya-ortopediya, Onkologiya, Urologiya, Mamalıq-ginekologiya, Üz -çənə cərrahiyyəsi oxtisasları üzrədir. Bu ixtisaslara sahib olmaq istəyən rezidentlər hələ 5 il təhsil almalı olurlar.

Qeyd edək ki, rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir. Ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.

Sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət üzrə çağırış halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər rezidenturada təhsil dövrünə aid edilmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları