![](https://azedu.az/uploads/news/2020/02/azedu.az_tibb_12.jpg)
Azərbaycan Tibb Universiteti daha bir yeniliyə imza atır. Belə ki, ölkəmizdə yeganə ali tibb təhsili verən bu məktəbdə bundan sonra “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq.
AzEdu.az xəbər verir ki, indiyədək tibb bacısı ixtisası üzrə yalnız natamam ali təhsil almaq mümkün idi.
“Keyfiyyətli tibb təhsili verən ATU-da bu ixtisasa yiyələnmək istəyən gənclər olsa da, müvafiq yöndə tədris aparılmırdı. Halbuki gündəlik həyatımızda səhhətimizlə əlaqədar olaraq işini yüksək səviyyədə bilən, xəstələrə keyfiyyətli yardım göstərməyi bacaran tibb bacılarına ehtiyac daha çoxdur.
ATU rəhbərliyi bu tələbatı nəzərə alaraq son illər səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində “Tibb bacısı” üzrə bakalavr səviyyəsində ixtisas açmaq qərarına gəlib. Yeni ixtisas üzrə insanlara peşəkar yardım göstərəcək tibb bacıları yetişdiriləcək.
İxtisas üzrə təhsil alan gənclərə tibb komandasının məsuliyyətli üzvü olmaq, vəzifə və öhdəliklərini peşəkar şəkildə yerinə yetirmək, peşə etika qaydalarına hər zaman riayət etmək, peşəkar tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlar tədris olunacaq”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)