Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 14:53:00
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, fevralın 23-də cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarımfinal turu Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə təşkil ediləcək.

Şagirdlərin yarımfinal tur üçün qeydiyyat və yerləşdirilməsi prosesi www.olimpiada.edu.az saytı vasitəsilə 15 fevral 2020-ci il tarixinədək həyata keçirilir.