https://www.zirve.edu.az/
10.02.2020 14:05
Yarımil qiymətlərinin düzgün hesablanma qaydası –Müəllimlər üçün  

Ötən tədris ilində qiymətləndirmə qaydalarına edilən dəyişikliklər yarımilin sonunun yaxınlaşması ilə yenidən gündəmə gəlib. Hazırda müəllimləri maraqlandıran əsas məqamlardan biri də yarımil və illik qiymətlərinin necə hesablanması ilə bağlıdır. Bu, şagirdlər üçün də eyni dərəcədə maraqlıdır.

AzEdu.az yarımil qiymətlərinin düzgün hesablanma qaydasını təqdim edir:

Yarımillik ballar şagirdin kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında hesablanır.

 Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik qiymət kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

Y= (ksq1+ ksq2+…+ ksqn ) / n

Burada Y - şagirdinyarımillik üzrə balını, ksq1, ksq2 - hər kiçik summativqiymətləndirmədə toplanmış balların miqdarını, n keçirilmiş KSQ-lərinsayını bildirir.

Yəni, BSQ keçirilməyən aşağı siniflərdə yarımil qiymətini tapmaq üçün keçirilmiş KSQ-ləri toplayaraq onların sayına bölmək kifayətdir.

Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrəyarımillik bal isə KSQ və BSQ-lərdətoplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

Y=(ksq1+ksq2+…+ksqn )/n – 40/100 + BSQ - 60/100

Düsturda Y - şagirdin yarımillik üzrə bal, ksq1, ksq2 - hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı, n keçirilmiş KSQ-lərin sayı, BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarıdır.

Yarımillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu qaydaya müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

Qeyd edək ki, yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları