Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 16:40:00
Koronavirus əcnəbi tələbə mobilliyini pozdu

Böyük Britaniyanın "Times Higher Education" jurnalının məlumatına görə, təhlükəli koronavirusun yayılması və minlərlə tələbənin Çində fövqəladə vəziyyətdə qalması dünyada əcnəbi tələbə mobilliyinə ciddi təsir göstərə bilər.  Bu barədə ali təhsil sektorunun liderləri həyəcan təbili  çalmağa başlayıb.

AzEdu.az xəbər verir ki, həftənin əvvəlindən Avstraliya, Yeni Zelandiya, ABŞ və Sinqapur  Çindən gələn əcnəbilərin girişinə qadağa qoyan ilk ölkələr sırasında yer alıb. Yaponiya və Cənubi Koreya isə təhlükəli virusun yayıldığı Çinin Hubey şəhərindən olan səyahətçilərin girişinə qadağa qoyub. Bu arada Britaniyanın "British Airways" hava şirkəti İngiltərə və  materik Çin arasındakı bütün uçuşları dayandırıb. Bu həftə İngiltərədə koronavirus aşkarlanan iki nəfərdən biri York Universitetinin tələbəsi olub.

Bu addımların qısa müddətdə tələbə axınına əhəmiyyətli dərəcədə təsir göstərəcəyi gözlənilən idi, ən azından Avstraliyanın daha çox zərər çəkəcəyi bildirilirdi. Şimal yarımkürəsindəki  universitetlərdən fərqli olaraq Avstraliya universitetləri təxminən üç ay müddətinə tədris prosesini dayandırıb, çinli tələbələr isə yalnız mart ayının əvvəlində Avstraliyaya qayıtmaq niyyətindədirlər. 

 Koventri Universitetinin beynəlxalq biznes professoru Mike Gou qeyd edir ki, universitetlər səfərlərin məhdudlaşdırılması ilə bağlı baş vermiş iqtisadi zərərləri aradan qaldırmağa çalışır. Lakin o, baş verənlərin təhsil baxımından ciddi problem olduğunu bildirib.
 Çindən səfərlərə qadağaların qoyulması Avstraliya təhsil sektoruna 8 milyard Avstraliya dolları (4.1 milyard fint-sterlinq) həcmində ziyan vura bilər. Bu ziyanın beşdəbir hissəsinin Çindən olan tələbələrlə bağlı olduğu nəzərə alınsa,  itki daha çox çinli tələbənin təhsil aldığı 8 Avstraliya universitetində hiss olunacaq.  Avstraliya Universitetləri birliyinin baş direktoru Katriona Cekson qeyd edib ki, universitetlər son günlərdə beynəlxalq tələbələrə təklif etdikləri rahatlığı, o cümlədən onlayn təhsil imkanlarını və tədrisin başlanması tarixlərini təxirə sala bilər. M. Gou xəbərdarlıq edib ki, Çində qalmış tələbələrlə əlaqə qurmaq çətinləşə bilər, çünki internet məhdudiyyəti onların virtual öyrənmə şəbəkələrinə daxil olmasına maneə yaradır. "Bəziləri hətta institusional elektron poçtlarına da baxa bilməzlər",- deyə professor bildirib.

Bundan əlavə, baş verənlər Qərbdə təhsil almaq istəyən şəxslərin akkreditə olunması üçün istifadə  edilən  İELTS provayderləri və TOEFL İngilis dili  imtahanlarının dayandırılması nəticəsində tələbə axınına uzun müddətli təsir göstərə bilər.

Böyük Britaniyanın Beynəlmiləl Universitetinin (University International UK) direktoru Vivienne Stern koronavirusun yayılması və ona nəzarət tədbirlərinin hər il təxminən, 10 milyon çinli tələbənin  universitetlərə qəbul imtahanları ilə bağlı bəzi narahatlıqlarına səbəb ola biləcəyini söyləyib. Bundan əlavə, xanım Stern Çində işə qəbul səylərinin də "ciddi pozuntularla" qarşılaşa biləcəyini bildirib. "Bizim prioritetimiz ictimai səhiyyə məsələlərində universitetlərə dəstək olmaq və hər hansı bir viza məsələsini həll etməkdir". Xanım Stern İngiltərə universitetlərinin çinli tələbələrin çoxunun üzləşə biləcəyi narahatlıq və əzablardan xəbərdar olmalarının vacibliyini bildirib. "Çinli tələbələr Britaniyadakı bir çox ailə və dostlar üçün, həmçinin viza ilə əlaqədar çox narahat olacaqlar"- deyərək əlavə edib ki, Britaniya ali  təhsil müəssisələri Çindən gələn tələbələrə qorxu və ya şübhə ilə yanaşmamalıdır.

 Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)