Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 15:27:00
“DİM-in imtahanda iştirak üçün ödənişi qaldırması başadüşüləndir"-SƏBƏB

Qəbul və buraxılış imtahanlarında iştirak üçün DİM-in nəzərdə tutduğu məbləğ uzun müddət müzakirəyə səbəb olub.

 İmtahan tarixlərinin elan olunması, eləcə də sınaq imtahanların başlanması ilə əlaqədar olaraq bu mövzu yenidən aktuallaşıb.

 Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi əvvələr imtahan qiymətlərinə etiraz etdiyini bildirib.

"Bu mövzu neçə gündür ki, müzakirə olunur. Mən də təbii ki, ilk vaxtlarda etiraz etdim. Amma imtahana çəkilən xərcləri görəndən sonra daha bu barədə məlumatlı olmadan danışmağın mənasız və boş sözlər  olduğunun  fərqinə vardım.  Deməli, bir imtahanının təşkili üçün suallar yazılır. Sualları yazan müəllimlərə ödəniş verilir. Daha sonra o suallar mətn və kitabça formasında yığılır. Mətn yığana ödəniş edilir. Bundan sonra hazırlanan sual kitabçası redaktə və korrektə olunur. Bu zaman da müvafiq olaraq ödəniş verilir. Bu proseslərdən sonra sual kitabçaları çapa göndərilir. Çap zamanı tiraj az olanda xərc çox, tiraj çox olanda xərc az olur. Çünki burada kağız, toner, plyonka və s. kimi vasitələrdən istifadə olunur".

 Təhsil eksperti qeyd edib ki, son illərdə imtahanda iştirak edən namizədlərin sayı kəskin azalıb:



"DİM yeni qaydalardan sonra imtahan verənlərin sayı 5-10 il bundan əvvəllə müqayisədə kəskin azalıb. Bu da çap zamanı tirajın azalması, xərclərin çoxalması deməkdir. (Bu proses barədə mətbəə və nəşriyyat sahibləri daha gözəl bilir). Sual kitabçaları hazırlanandan sonra imtahan prosesi var. İmtahan binaları, imtahan rəhbərləri, imtahanda zal nəzarətçiləri hamısı müəyyən xərc tələb edir. Bundan əlavə kağızların daşınmasını təşkil edən nəqliyyat vasitələrinin xərci də üzərinə gəlinir. Və nəhayət imtahan başa çatandan sonra da yazılı sualların marker müəllimlər tərəfindən yoxlanılmasına görə də DİM hər bir suala görə müvafiq ödəniş ödəyir".

 O qeyd edir ki, yeni imtahan modelinin tətbiq olunması xərclərin də artırılmasına səbəb olub:

 "Sadalananlara əsasən demək olar ki, bir sual kitabçasına və yoxlamağa ayrılan xərc 40 AZN-a yaxın bir rəqəmə çatır.

Mövcud durumda qiymət mənə görə normaldır. Əgər köhnə sistem olsaydı qiymət elə aşağı məbləğdə və imtahan iştirakçıları da çoxluq təşkil edərdi".

"Bildiyiniz kimi DİM publik hüquqi şəxs statusuna malikdir. Dövlətdən maliyyə yardımı yoxdur. Özü-özünü maliyyələşdirən qurumdur. Xərclərinin və gəlirlərini özü tənzimlədiyi üçün atılacaq addımını da özü müəyyən edir və bu müəyyənlik qanun çərçivəsində olur"-deyə E.Əfəndi sözlərinə əlavə edib