Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-03 09:56:00
Kurikuluma aid situasiya tipli test tapşırıqları - MİQ-ə hazırlaşanlar üçün

AzEdu.az kurikulum təlimçisi Anar Əlizadənin hazırladığı sitiuasiya suallarını təqdim edir. 

Qeyd edək ki, bu suallar MİQ müsabiqəsinin test imtahan mərhələsində müəllimlərə təqdim olunan kurikulum suallarının situasiya növünə aid maraqlı örnəklərdir.

MİQ müsabiqəsinə hazırlaşan müəllimlər kurikulum biliklərini yoxlaya bilərlər:

 "Müəllim dərs zamanı şagirdlərə 5 rəqəmli ədədləri toplamağı tapşırmışdır" Bu zaman şagird məzmun standartının tərkib hissəsi olan biliyin hansı növündən istifadə edəcək?

A) faktaloji

B) konseptual(kontekstual)

C) metokoqnitiv

D) prosedural

E) hamısı doğrudur

 Müəllim 11- ci siniflərin dərsi zamanı özünü mərkəzdə tutur, öz istək və tələblərini ön plana çıxarır". Bu zaman müəllim təlimin təşkili formalarından hansını pozmuş hesab olunur?

A) inkişafyönümlülük

B) təlimdə bərabər imkanların yaradılması

C) şagirdyönümlülük

D) dəstəkləyici mühitin yaradılması

E) fəaliyyətin stimullaşdırılması

 Tarix dərsində şagird "Quba faciəsi" haqda məlumatları faktlar əsasında öyrənir. Bu zaman biliyin hansı növündən istifadə edir?

A) faktaloji ( deklorativ)

B) prosedural

C) metakoqnitiv

D) kontekatual

E) idraki

 " Dərsdə şagird Q.İlkinin " İntiqam" əsərinin məzmununu ümumiləşdirib danışır" Bu, B.Blum taksanomiyasının hansı səviyyəsinə aiddir?

A) anlamaq

B) təhlil etmək

C) yaratmaq

D) dəyərləndirmək

E) tətbiq etmək

"Müəlim öz şagirdinin bir həftə sonra vercək ali məktəbə qəbul imtahanlarında 650 bal toplayacağını əvvəlcədən proqnozlaşdırır". Bu, təfəkkürün hansı növünə uyğun hesab olunmalıdır?

A) hafizə

B) məntiqi

C) tənqidi

D) yaradıcı

E) heç biri

 " Müəllim şagirdlərə svetafordan istifadə edərək yol hərəkət qaydalarını öyrədəcək. Bu zaman şagirddə hansı bilik və bacarıq formalaşacaq?

A) deklorativ, idraki

B) deklorativ, psixomotor

C) prosedural, ünsiyyət

D) kontekstual, idraki

E) prosedural, psixomotor

Şagird C. Cabbarlının " Oqtay Eloğlu" əsərindən ziddiyyətli məqamları qeyd edərsə, bu zaman B. Blum taksanomiyasının hansı səviyyəsindən istifadə edəcək?

 A) təhlil etmək

B) anlamaq

C) yadda saxlamaq

D) dəyərləndirmək

E) yaratmaq

"Müəllim lövhədə " dost dosta tən gərək, tən olmasa, gen gərək" atalar sözünü yazır və uşaqlara tapşırır ki, bu atalar sözünə aid ağlınıza gələn ilk fikirləri dəftərinizə qeyd edin".

Bu zamam müəllim təlim strategiyasında hansı üsuldan istifadə etmiş sayılır?

A) BİBÖ

B) Beyin həmləsi

C) Klaster

D) Akvarium

E) Auksion

Müəllim dərsdə C.Məmmədquluzadənin "Anamın kitabı" əsərini keçmək üçün şagirdləri iki qrupa bölür. Bir qrup dairəvi şəkildə əyləşir mövzunu müzakirə edir, digər qrup isə kənarda gözləyir. Bu zaman müəllim hansı üsuldan istifadə edir?

A) debat

B) diskuassiya

C) ziqzaq

D) akvarium

E) BİBÖ

 Uğur dəcəl şagirddir. Əl qaldırmadan danışır, sinifdə dərsi pozmağa hər zaman cəhd edir. Müəllimi də hər zaman onu danlayır, pis xüsusiyyətlərini daha da qabardır. Lakin Həsəndə bir dəyişiklik olmur. Müəllim Həsənlə belə davranaraq tərbiyənin tərbiyənin hansı prinsipini pozur?

A) tələblərdə vahidlik

B) kollektivdə tərbiyə

C) yaşauyğunluq

D) nikbinlik

E) sözlə əməlin birliyi

Uğur "Tom cerri” cizgi filminə baxırdı. Orada dovşanın bəzi hərəkətlərini bəyənməyərək onun xüsusiyyətlərinə münasibət bildirirdi.

Bu situasiyaya əsasən Uğurun hansı təfəkkürünün inkişaf etdiyini müəyyən edin.

A) məntiqi

B) tənqidi

C) yaradıcı

D) məntiqi və yaradıcı

E) tənqidi və yaradıcı

Uşaqlar Heydər bəy haqqında mühakimə xarakterli təqdimat hazırlayır. Bu tapşırıq taksanomiyanın hansı növünə aiddir?

A) yadda saxlamaq

B) anlamaq

C) tətbiq etmək

D) təhlil etmək

E) dəyərləndirmək

Dərs zamanı Gülər bütün suallara cavab verir, məntiqi sualları hamıdan əvvəl cavablayır, amma Gülər çox dəcəldir və dərsdə sinif mühitinə uyğun olmayan hərəkətlər edir, lakin müəllim onun bu hərəkətlərinə heç bir irad bildirmir. Bu zaman müəllim pedaqoji prosesin hansı prinsipini pozmuş olur?

A) Tamlıq

B) bərabər imkanlar

C) dəstəkləyici mühit

D) şagirdyönümlülük

E) fəaliyyətin stimullaşdırılması

 Müəllim şagirdlərə dərsdə verilən tapşırığı ümumiləşdirməyi tapşırdı. Bu zaman Blum taksanomiyasının hansı səviyyəsindən istifadə olunacaq?

A) yadda saxlamaq

B) anlamaq

C) təhlil etmək

D) yaratmaq

E) dəyərləndirmək

Müəllim şagirdlərə mətndən əsas ideyanı seçib ayırmağı tapşırır. Bu zaman şagirdlərdə hansı təffəkkür formalaşacaq?

A)hafizə

B) məntiqi

C)yaradıcı

D) tənqidi

E) sintez

 Uşaqlara səkidən yol keçməyi svetafor qaydasından istifadə edərək öyrədəcəklər. Bu zaman şagirdlər biliyin hansı növündən istifadə edəcəklər?

A) faktoloji

B) prosedural

C) kontekstual

D) metokoqnitiv

E) heç biri

Müəllim dərsdə "Ana" mövzusu haqda geniş danışır, bu zaman da dərsdə olan uşaqlardan biri qəfil ağlayır ( səbəb : həmin uşağın anasının vəfat etməsidir) müəllim bunu görərək dərhal mövzunu dəyişir, gülməli bir əhvalat sanışır və bütün sinif gülüşə qərq olur. Bu zaman müəllim hansı qabiliyyətindən istifadə edir?

A) aktyorluq

B) didaktik

C) suqestiv

D) perseptiv

E) tədqiqatçılıq

Müəllim tarix dərsində 8 – ci sinif şagirdlərinə Səfəvilər dövlətinin yaradıcısı Ş.İ.Xətayi haqqında danışanda bununla yanaşı ədəbiyyat fənnindən Ş.İ.Xətayinin “Dəhnamə” poemasından da söz açırsa, müəllim bu zaman istifadə edir :

A)Fəaliyyətin stimullaşdırılmasından

B)Öz dünya görüşündən

C)Fəndaxili inteqrasiyadan

D)Fənlərarası inteqrasiyadan

E)Təlimin genişliyindən

Müəllim dərsi qrupla keçir. Tədqiqat sualından irəli gələn yeni faktları bütün siniflə tanış etmək məqsədi ilə müəllim qrupları lövhəyə dəvət edir və müəllim hər bir qrupun fikirlərindən sonra özü də əlavə şərhlər verir, fikrin düzgün və ya səhv olmasını qeyd edir. Bu zaman müəllim fəal dərsin hansı mərhələsindəki səhvə yol verir?

A)Ümumiləşdirmə və nəticələrin çıxarılması

B)Məlumat müzakirəsi

C)Tədqiqat mərhələsi

D)Məlumat mübadiləsi

E)Motivasiya

 

Təhsil haqqında düzgün fikri seçin.

A)Təhsil yalnız mənimsənilmiş biliklərdir.

B)Təhsilin sayəsində təlim meydana gəlir.

C)Təhsil müəyyən hüquqi sənədlərin verilməsi ilə başa çatmır.

D)Təhsilin məzmunu təhsil müəssisələrində həyata keçirilən pedaqoji prosesdə reallaşdırılır.

E)Təhsil insanları yalnız şəxsi həyata hazırlayır.