Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-01 17:42:00
Bu xarici universitetlərdə təhsil alanların köçürülməsinə icazə verilmir –Diqqətli olun

 

 

Bugündən etibarən  tələbələrin köçürülməsi prosesinə başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

AzEdu.az xəbər verir ki, xaricdə təhsil alanları ən çox maraqlandıran məqamlardan biri də tələbə köçürülməsiylə bağlıdır.

Sual:

Hansı xarici universitetlərdə təhsil alanların köçürülməsinə icazə verilmir?

Cavab:

Xarici ölkələrin akkreditə olunmayan universitetləri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdikləri halda əyani  formada təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi ümumi qaydada aparılır.   Yəni,  əvvəlki qaydada. DİM tərəfindən  keçirilən imtahanlarda iştirak etmədikləri halda isə beynəlxalq səviyyəli imtahanlarda qazandıqları nəticələr, məsələn, SAT, TOEFL və ya İELTS imtahanlarındakı nəticələrə əsasən, qənaətbəxş  akademik göstəricilər, köçürülmə səbəbləri, təhsil aldıqları ali təhsil müəssisələrinin  dünyanın ən yaxşı ali məktəblərinin qlobal  reytinqində yer alması məsələləri nəzərə  alınır.  Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Qeyd edək ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları