2020-01-31 17:57:00
“Təhsildə uğur qazanmayan uşaq da qəhrəman ola bilər”
"Həssas qruplarla iş, xüsusi hallarla bağlı yanaşma təklikdə bir qurumun və ya təkcə ailənin işi deyil. Cəmiyyətdə uşaqların daha hərtərəfli və faydalı olması üçün hər kəs öz məsuliyyətini düzgün dəyərləndirməlidir"
AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Rəşad Tağıyev "Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq" mövzusunda keçiriləmn dəyirmi masada deyib. Onun sözlərinə görə, ailə öz övladının davranışı və təhsili ilə bağlı ciddi sualla qarşılaşdıqda bilməlidir ki, hansı halda hansı instansiyaya müraciət etməli və peşəkar dəstək almalıdır.
"Cəmiyyət olaraq hər bir uşağın həyat tərzi, təhsilə münasibəti, olduğu mühit bizim üçün aktualdır. Hər bir istiqamət üzrə uşaqları nəzarətdə saxlamaq ehtiyac olduğu təqdirdə profilaktik tədbirlərə və vaxtında müdaxilə etməyə imkan verir. Unutmamalıyıq ki, hansısa bir uşaq təhsildə, yaradıcılıqda və ya idmanda yüksək uğurlar qazanmasa da, o da nümunəvi vətəndaş, yaxşı sənətkar, uğurlu idmançı və ya qəhrəman ola bilər.
Müvafiq araşdırmaların nəticələrinə nəzər salanda görürük ki, dünyada məktəbyaşlı uşaq və yeniyetmələr arasında müşahidə olunan tədrisdən yayınma, evdən qaçma, qaydalara etinasızlıq, qanunvericiliyin tələblərini pozmağa meyillilik, zərərli vərdişlərə aludəçilik (siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək və s.) aqressiya, davamlı olaraq məsuliyyətdən boyun qaçırma kimi hallarda tədricən artım müşahidə olunmaqdadır. Təsadüfi deyil ki, bu kateqoriyadan olan azyaşlıların daxil edildiyi həssas qruplarla diqqət ilbəil artırılır".
R.Tağıyev bildirib ki, psixoloqlar belə halların yaranma səbəbinin ilk növbədə ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlı olduğunu qeyd edirlər. "Yəni, bəzi hallarda uğursuz ailənin olması, ailədə valideynlərin mənəvi keyfiyyətlərinin lazımi səviyyədə olmaması, ailədə uşağın inkişafı üçün normal şəraitin yaradılmaması, valideynlər arasında tez-tez yaranan münaqişələr və digər bu kimi hallar uşaq psixologiyasına mənfi təsir edir.
Son illərdə ölkəmizdə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqət artırılır, fərqli yanaşma müşahidə olunur. Statistik məlumatlara əsasən, 2019-cu il ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 5 061 zəng daxil olub. Müraciətlər əsasən, ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən edilib", - deyə R.Tağıyev qeyd edib. (AzVision.az)

Bu bölməyə aid digər xəbərlər
Zəlzələ bölgəsində sabahdan tədris qismən bərpa olunur
2023-03-26 12:32:00
124 saylı məktəbdə Novruz şənliyi - Direktorun uğursuz aktyorluğu - VİDEO
2023-03-24 22:00:00
Bakı məktəbliləri Özbəkistanda olub
2023-03-24 16:22:00
Özbəkistan Prezidenti Füzulidə tikilən məktəbin açılışına gələcək
2023-03-24 10:19:17
Vətən müharibəsi iştirakçıları məktəblərdə rəhbər vəzifəyə TƏYİN OLUNDU
2023-03-23 14:04:22
İtkin düşən 4 yeniyetmə tapıldı - YENİLƏNİB
2023-03-20 22:15:00
Vətən müharibəsi qazisi direktor təyin olunub
2023-03-20 10:19:06
Məktəbdə insident - Direktor müavini xəsarət aldı
2023-03-17 17:09:16
Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır
2023-03-15 09:47:09
Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur - PROBLEM
2023-03-14 12:40:00
kitabı
ÇOX OXUNANLAR
17 Mart 2023, 14:18
Sertifikasiyaya hazırlaşanların nəzərinə - İmtahanda bu əsərlər düşəcək - SİYAHI

22 Mart 2023, 11:05
Sertifikasiyanın nəticələri ilə razılaşmayan müəllim nə etməlidir? - Rəsmi CAVAB

17 Mart 2023, 17:12
İmtahana qumbaranı kim gətirib? - Təhsil ekspertindən AÇIQLAMA

17 Mart 2023, 11:39
İmtahanın çətinliyi ilə bağlı iddialar əsassızdır - DİM sədri

17 Mart 2023, 11:00
Uşaqlara bağçalarda verilən yeməklər... - Valideyn şikayətlənir, bağça müdirləri isə əksinə...

18 Mart 2023, 17:31
Doktoranturalar yaradılan təşkilatların siyahısı dəyişib

16 Mart 2023, 16:30
İnformatika imtahanına hazırlaşanlar üçün vəsaitə ENDİRİM

21 Mart 2023, 13:01
“Müəllimlər şagirdə sadəcə test əzbərləməyi öyrədir” - Deputatdan ETİRAZ

FACEBOOK