https://www.zirve.edu.az/
31.01.2020 09:34
Rəsulzadənin “təhsil resepti” – "Məktəb və mədrəsələrdə mütləq buna əməl edilməlidir!”

AzEdu.az Azərbaycan Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadənin “Açıq söz” qəzetinin 2 iyun 1916-cı ildə çıxan sayındakı məqaləsini təqdim edir:

Bu məqalədə dövrün və mühitin təhsil, məktəbə olan münasibəti şərh edilir, çatışmazlıqlar, nöqsanlar mətnaltı məna ilə çatdırılır. Beləliklə, Rəsulzadənin “Məktəb və mədrəsə” adlanan məqaləsini təqdim edirik. Xatırladaq ki, məqalədə müəllifin dil-üslubuna toxunulmayıb:

“Oxucular bilirlər ki, Qafqasiya Canişini Şurasında müsəlmanlara məxsus açılacaq mədrəsə məsələsi müzakirə olunacaq. “Əli” və “Ömər” məktəblərinin “m-ə” və dəgişməsi xüsusunda məşrif şüduri Rudulər tərəfindən təklif olunan “layihə”yə baxılacaq idi.

Müsəlmanlardan ömrü çox mühüm olan bumxələnin Canişinin Şurasına baxılmasının təxir etdirilməsi üçün bəz möhtərəm zəvat tərəfindən təşəbbüs edilmiş, istənilmişdi ki, bu xüsusda əvəlcə xüsusi bir məarif şurası dəvət olunsun bu şurada müsəlman cəmaətinin fikri dəxi sorulsun.

Canişin həzrətləri vaqe olan bu istidani lütfən qəbul eləmiş və dəftərxanə yanında böylə bir “məarif şurası”nın çağrılmasını əmr eləmişdi.

Bu şuranın çağrılması daha əvvəl müqərrər ikən araya zemstvo şurası girmiş, bu məsələ təxir etdirilmişdi.

Rudolf cənablarının yuxarıya adı çəkilən layihəsindən “Açıq söz” oxucuları əvvəlcə möhtərəm arkadaşımız Ömər Faiq Əfəndinin qismən dünya üzü görməyən məqalələrindən xəbərdar, sonra da məzkur layihənin səhifələrimiz vasitəsilə nəşr olunan tərcüməsi ilə aşina olmuşlardı.

Məzkur layihənin mühüm nöqtə və cümlələrini  tərcümə etdikdən sonra “məktəb və mədrəsə” mövzusunda yazdığımız məqalələrdə cərh və məntiq eləmişdik.

“Məktəb və mədrəsə” məqalələri[1] Rudolfun nəzəriyyələrini, suyi-zənn və qəsdlərini və müsəlmanlara molla və müəllim yetişdirmək üçün təklif elədiyi həyatdan uzaq naqis və müsbət olmayan təkliflərini cərh və rədd etmək etibarilə bitmişdi.

Fəqət məlumdur ki, “abbasıını bəgənməyən beş şahı çıxardır”. Rudolf deyən heç...bəs nə lazımdır?

Iştə “Məktəb və mədrəsə” silsilə məqalatı bu “bəs nə?” yə cavab verməmişdi.

 “Maarif şurası” nın iyunun 10-na təyini münasibətilə biz də natamam qalmış bu mövzumuza övqət edəlim:

Rudolf cənablarının istinadlarını cərh və vüqufsuzca, deyəlim, vaqe olan təkliflərini rədd etdigimiz əsnada isbat elədigimiz əsaslar, nəql elədigimiz nəzəriyyələr və tərcüman olduğumuz fikirlərdən anlaşılırdı ki, məktəb ilə mədrəsələrini müsəlmanlar haman milli bir hüquq və imtiyaz kibi əzizləyib bar qüvvələri ilə onların milli və doğma qalmalarına səy edəcəklərdir.

Bunun üçün də gərək məktəblərdə və gərək mədrəsələrdə tədrisat əsisək türkcə olmalıdır. Türkcənin özünə olduqca böyük bir əhəmiyyət verilməklə bərabər bütün dərslər də türkcə oxunmalıdır. Rusca, farsca və ərəbcə isə ayrı dərs olaraq oxutdurulmalıdır.

Gərək məktəblərin və gərək mədrəsələrin idarəsi cəhətinə gəldikdə başqa dürkü düşüncə və təsəvvürə qətiyyən meydan vermək millətin həqiqi mənfəətlərinə üvafiq gəlməz. Bu kibi məktəblərin hər bir idarəsi idareyi-ruhaniyyələrə aid olmalıdır. Rudolf tərəfindən təklif olunduğu kibi məarif Nəzarəti müdaxiləsinə qətiyyən ehtiyac yoxdur. Bu vəqtə qədər dəvam edən imtiyaz bizi böylə bir nəzarətdən müstəcni ediyor. Öz əlimizlə bu istiqlalımızdan əl çəkməmiz də zərərdən başqa heç bir faidə təsəvvür oluna bilməz.

Bittəb məarif nəzarətinin tabeətindən kənar olsun deməklə, biz məktəb və mədrəsələrin tamamilə hökumət nəzarətindən azad qalmasını istəmiyoruz.

Canişin dəftərxanəsinin həqqi-təftişi var  və bu həqqindən hər zaman istifadə edəcəkdir. Demək idareyi-ruhaniyyə idarəsində olacaq məktəb və mədrəsələrimiz bu vəqtə qədər olduğu kibi yenə daxiliyyə nəzarətinin nəzarətində olacaq.

Böylə sırf milli və müstəqil bir məktəb və mədrəsələr məxaricini şübhəsiz ki, milli mənbələrdən ödəmək lazım gələcək. Bunun üçün də mövqufatımızdan istifadə olunmalı, mövqufat yetişməzsə, ianələrə müraciət olunmalıdır. Qafqasiyanın hər tərəfində mövcud olub da idarəsiz və atil bir halda qalan mövquflarımız itizamə salınırsa, bunlardan hasil olan gəlirlə az iş görmək olmaz.

Yuxarıda vəz etdgimiz əsaslar cəsarətlə deyə biləriz ki, bütün Rusiya müsəlmanlarının bəslədigi amalə müvafiqdir. Hankı bir idraklı Rusiya türkünü alsanız, o, millətinin, mədəniyyətinin və dininin xaric təsirlərdən azad qalıb əsli bir surətdə nəşvu-nüma tapması üçün yuxarıdakı əsasların biran əvvəl vücudə gəlməsini arzu edər.

Son illərdəki həyat tədciq olunarsa, görülər ki, məktəb və mədrəsə məsələsi hər tərəfə müsəlmanların fikir və zehinlərini məşğul ediyor.

Volqa Boyunda, Krımda, Qafqasiya ayrı-ayrı və Ümumrusiya müsəlmanlarına məxsus qurulan yığınlarda isə bir yerdə verilən qərarlar, söylənilən sözlər az-çox bir təfavütlə-haman məktəblər və mədrəsələri milli və müasir bir bina üzərinə dikəltdirə bilməgə həsr olunmuşdur.

İki gün əvvəl çıxan qəzetəmizdə məarif-şurasına keçəcək Gəncəli nümayəndələrimizdən möhtərəm Nəsib bəy Əfəndinin Nəzəriyyəsi nəql olunmuşdu. Haman sayıda yenə məktəb məsələsinə aid olmaq üzrə Orenburqlu müsəlmanların fikirləri dərc edilmişdi.

Gəncədən Tiflis məarif şurasına gedəcək bir nümayəndə ilə Ufa zemstvoçu tərəfindən qurulacaq məarif şurasına gedəcək müsəlman nümayəndələrin məktəb proqramı həqqindəki təsəvvürləri haman –demək olar ki, bəndənizin eynidir. Keçəndə məktəb və mədrəsələri islah üçün toplanan naqis bir məşvərət məclisi vasitəsilə krımdan yüksələn səslər dəxi bu mərami anlaşmaq istiyorlardı.

Müharibədən əvvəl idarəyi-ruhaniyyələr həqqində mövcud olan       qərardadların vüzarəmcə dəgaşunriləgəgi xəbəri çıxmışdı. O zaman müsəlmanlar daha və milli həyatlarına məəlluq edən bu məsələdə kəndi mülahizə və tələbləri müəyyən bir şəklə qoyub da, hökumətə bildirmək üçün Petroqrada bir yığın dəvət etdilər. Bu yığını Rusiyanın hər tərəfindən nümayəndələr Təbəqəsinə mənsub adamlar var idi, bu yığında alınan qərar və bu qərar üzərinə mədrəsəyi-ruhaniyyələr üçün yazılan “nümunəlik proqram” dəxi yuxarıdaki məruzatımızı təsdiq ediyorlar.

İyunun 10-da yığışacaq məarif şurasında Rudolfun təklifini qətiyyən rədd edəcək olan müsəlman nümayəndələrə:

Öylə isə, istədiginiz nədir? – deyə soracaq olarlarsa, onlar ehtimal ki, proqram olmaq üzrə fövqəlzikr “nümunəlik müsəlman mədrəs”ələrinin proqramını nişan verəcəklərdir.

Məzkur praqramda əsasən iştirak edilməyəcək nöqtələr azdır. Ehtimal ki, bu nümunəlik proqramın peqaqoji və məktəblərin ehtiyacati-həyatiyyə ilə daha münasibətdar olmaları nöqteyi nəzərindən bəzi arairma və əksilişmələrə də ehtiyacı var.

Sonra proqram məsələsindən əlavə açılacaq mədrəsənin nizamnaməsi, təşkilati, hüquq və imtiyazatı də vardır ki, o da proqram qədər mühümdür.

Bunları da ayrıca təhlil edəlim!