Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-30 17:00:00
 Müəllim və direktorların mütləq bilməli olduqları metodiki təlimlər – Buradan oxu

 

 AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul imtahanında iştirak edən namizədlərə müsahibə mərhələsində çox verilən konkret suallardan biri də metodiki məsələlər, həmçinin interaktiv fəal təlimlə bağlıdır.

Sual:

İnteraktiv fəal təlim nədir?

Cavab:

AzEdu.az məlumat verir ki, interaktiv  fəal təlim idrak fəaliyyətinin təşkili və idarə olunması üsullarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:

-Müəllim tərəfindən idraki problem situasiyanın yaradılması;

-Problem situasiyanın həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin həvəslənməsi;

-şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi.

Bu, təlimin elə təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən rolundan imtina etməklə yeni bir vəzifəni-bələdçiliyi üzərinə götürür.

Burada biliyin qrup və cütlərlə iş formalarından müntəzəm istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasiya problemə çıxaracaq məsələnin qoyulmasıdır.Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qrup işləri təşkil olunur.

İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir. Hər qrup öz tədqiqatlarının yekunları ilə auditoriyanı tanış edirlər. Sonra təqdim olunan bütün işlər arasında rabitə, əlaqələr yaradılır. Məlumatlar sistemə salınaraq ümumiləşdirilir. Bundan sonra biliyn tətbiqi mərhələsi gəlir.

Fəal-interaktiv təlimdə şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişafının qayğısına qalınır, təlimə tədqiqat xarakteri verilir. Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraiti yaradıldığından iştirakçıların yüksək fəallığı təmin olunur.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları