https://www.zirve.edu.az/
27.01.2020 17:11
Müəllimlərin  nəzərinə - Məktəblərdə bu  fənlər üzrə yeni vakansiyalar elan  edildi
Çap et

TİPİİ-nin İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə imtahan nəticəsi və coğrafi bölgü prinsipi əsasında namizədlərin əlavə yerləşdirilməsi davam edir.

AzEdu.az xəbər verir ki, kimya, biologiya, informatika və rus dili fənləri üzrə yeni vakansiyalar elan olunub.  Qeyd olunan vakant yerlərlə bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və fənn üzrə imtahan nəticəsi olan namizədlər müraciət edə bilərlər.

Namizədlər müraciətlərini qısa şəkildə TİPİİ-nin İnsan Resurları Mərkəzinin rəsmi "facebook" səhifəsinin (ad, soyad, ata adı, imtahan nəticəsi, seçmək istədiyi vakant yer) rəylər bölməsinə qeyd edə bilərlər. 

Qeyd edək ki, vakansiyalara müraciət 1 gündür.

Günel Yaşarqızı
Müəllifin digər yazıları