“Təhsil haqqında” Azərbaycan Respublikasının qanuna edilən dəyişiklər əsas götürülməklə, müəllimlərin sertifikatlaşdırılması gündəmə gəlib.
Sertifikasiya Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan zəruri tədbirlərdəndir. Sertifikatlaşdırma – müəllimlərin peşəkarlıq səviyyəsi və peşə səriştəliliyinin yoxlanılması prosesidir”.
Bu fikirləri professor Akif Abbasov mövzu ilə bağlı AzEdu.az-a danışarkən səsləndirib. O qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin səviyyəsinin artırılmasına xidmət göstərir:
“Məlum olduğu kimi, idarə, müəssisə və təşkilatlarda çalışan şəxslər əmək qanunvericiliyinə əsasən 5 ildən bir attestasiyaya cəlb olunurlar. Həmin məsələ pedaqoji peşə sahibləri bu mənada sertifikasiyadan keçməli olurlar. Müəllimlərin sertifikasiyasının 5 ildən bir həyata keçirilməsi məqsədəuyğun hesab edilir. Sertifikatlaşdırma zamanı təhsilverənlərin ixtisaslarına uyğun bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi, nəticələrə əsasən peşəkarlıq və səriştəliliyinin inkişaf etdirilməsi mümkün olur. Hər bir müəllim qiymətləndirilir. Onların metodik hazırlığının və pedaqoji ustalığının səviyyəsi öyrənilir. Sertifikasiya təhsilin inkişafına yönəlmiş addımdır. Sertifikatlaşma imkan verir ki, yaxşı nəticə göstərən müəllimlər yüksək əməkhaqqı alsınlar”.
“Bəzən belə sual meydana çıxır: sertifikasiya diaqnostik qiymətləndirmədən nə ilə fərqlənir?”
O həmçinin sertifikasiya və diaqnostik qiymətləndirmənin fərqindən də danışıb.
“Diaqnostik qiymətləndirmə zamanı müəllimin ixtisasa yiyələnmə səviyyəsi və metodik bilikləri yoxlanılır, nəzəri və metodik hazırlığı müəyyən olunur. Lakin müəllimə biliyinin qiymətləndirilməsinə görə hər hansı sənəd təqdim olunmur.
Sertifikatlaşdırmada isə müəllimə sertifikat verilir. Sertifikatlaşdırma müəllimin üzərinə mühüm məsuliyyət qoyur”.
Prof. A.Abbasov bu qiymətləndirmənin attestasiyadan fərqini də diqqətə çatdırıb:
“Sertifikasiya attestasiyadan fərqli prosesdir. Qiymətləndirmənin köməyi ilə onun pedaqoji qabiliyyətlərinə aydınlıq gətirilir. Sertifikasiya zamanı müəllimin fəaliyyəti hərtərəfli qiymətləndirilır. Onların dərslərinə münasibət bildirilir, pedaqoji fəaliyyətinin monitorinqi aparılır. Sertifikasiyanın uğurlu nəticələnməsi gələcəkdə müəllimlərin attestasiyasını sıradan çıxaracaqdır”.
“Sertifikatlaşmanın nəticəsi pedaqoji peşə sahiblərinin fəaliyyətlərinin stimullaşdırılmasına imkan verir”- A.Abbasov sözlərinə əlavə edib.
kitabı