https://www.zirve.edu.az/
22.01.2020 09:41
Yeni qəbul qaydalarında ballar bu cür hesablanır – Abituriyentlər üçün izah  
Çap et

AzEdu.az təhsil üzrə mütəxəssis Elçin Əfəndinin izahı ilə qəbul imtahanlarında balların hesablanma qaydasını izahlı formada təqdim edir.

Bloklar üzrə balların hesablanma qaydası:

NB=NB(qapalı)+NB(açıq)

NB-fənn üzrə nisbi bal;

NB qapalı-qapalı tipli tapşırıqlar üzrə nisbi bal;

NB açıq-açıq tipli tapşırıqlar üzrə nisbi baldır.

Qapalı tipli tapşırıqlar üzrə nisbi balın hesablanması: NB(qapalı)= (Dqapalı-1:4 Yqapalı)*100:33

D qapalı-qapalı tipli tapşırıqlar üzrə düzgün cavablar;

Y qapalı-qapalı tipli tapşırıqlar üzrə yanlış cavablar.

1:4= 4 səhv bir düzü aparır.

Nəticə mənfi alınarsa, bu zaman NBqapalı=0 götürülür.

= vurma işarəsi.

Açıq tipli tapşırıqlar üzrə nisbi balın hesablanması: NB(açıq)=(Dkod-ənənəvi+2*Dyazılı)*100:33

D kod ənənəvi-cavabların kodlaşdırılması üçün tələb olunan açıq tipli tapşırıqlar üzrə düzgün cavablar;

D yazılı-yazılı şəkildəcavablandırılması tələb olunan situasiya, mətn və s. formatlı markerlər tərəfindən yoxlanılan açıq tipli tapşırıqlar üzrə verilən balların cəmidir.(Burada 0, 2də1 və 1 balla qiymətləndirilmə aparılır).

Nümunələrlə İZAH:

Rəqəmləri müvafiq olaraq yerinə qoyub hesablasaq, o zaman aşağıdakıları alırıq:

Bilirik ki, bloklar üzrə hər fəndən 30 sualdır. Burada 22 sual qapalı, 5 sual açıq-ənənəvi, 3 sual isə yazılması tələb olunan tapşırıqlardır. Elə isə olduğu kimi hesablayaq;

İlk addım: Qapalı cavablar üzrə nisbi balın tapılması:

Abituriyent 22 qapalı sualdan hamısına düzgün cavab yazıbsa:

22-0=22

22*3,0303=66,66666666666667

1 sual = 3,03

İkinci addım: Açıq cavablar üzrə nisbi balın tapılması:

Abituriyent 5 ənənəvi sualı düzgün cavablandırıb və markerlər tərəfindən verilən qiymətin cəmi 6-dırsa:

5+6=11

11*3,03=33,33333333333333

1 sual =3,03

Nisbi balı müəyyən etmək üçün 66,66666666666667 üzərinə 33,33333333333333 gəlinir və bu zaman 100 bal alınır. Bundan sonra həmin fənnin çəki əmsalı neçədirsə, ona da vurulur.

Məsələn, I blok üzrə Riyaziyyat fənnini hesablayıb 100*1,5=150 bal ala bilərik. Kimya fənni üzrə isə 100*1=100 bal.

Qapalı tipli suallarda səhvlər doğru cavablara təsir edir. Açıq tipli suallarda isə təsir etmir.

İxtisas blokları üzrə çəki əmsalları:

I ixtisas qrupuda Riyaziyyat və Fizika əsas fənn sayıldığından çəki əmsalları 1,5-dir. Kimyanın çəki əmsalı 1-dir.

II ixtisas qrupunda Riyaziyyat və Coğrafiyanın çəki əmsalı 1,5, Tarixin çəki əmsalı 1-dir.

III ixtisas qrupunda Azərbaycan dili və Tarixin çəki əmsalı 1,5 , Ədəbiyyatın çəki əmsalı 1-dir.

IV ixtisas qrupu üzrə Biologiya və Kimyanın çəki əmsalı 1,5 , Fizikanın çəki əmsalı 1-dir.

Xatırladaq ki, hesablanmanın izahı Dövlət İmtahan Mərkəzinin açıqlamasına əsaslanır.