Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 16:17:00
Ümumi müsahibədə uğur qazanmış 32 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

Ümumilikdə 7 dövlət orqanında 93 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş ümumi müsahibə davam edir.

AzEdu.az xəbər verir ki, yanvarın 21-i saat 15:45-ə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmiş 32 nəfər uğur qazanıb. Onlardan 13-ü Maliyyə Nazirliyində, 10-u Qida Təhlükəsizliyi İdarəsində, 7-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 2 nəfər isə Təhsil Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, ümumi müsahibədə iştirak etmək üçün 169 nəfər sənəd verib. Müsahibə yanvarın 30-da başa çatacaq.