![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_ruussss_770.jpg)
Rusiya Federasiyası Hökuməti yanında Uşaqlıq onilliyi ilə əlaqələndirici şuranın işçi qrupu pedaqoji sirr anlayışının tətbiqini təklif edir. Bu barədə "Uçitelskaya qazeta"nın məlumatında bildirilir. Həkimlər kimi müəllimlərə və tərbiyəçilərə də rəsmi olaraq uşaqların diaqnozu, həmçinin inkişaf xüsusiyyətlərini açıqlamaq qadağan edilə bilər. Valideynlər bu siyahıya uşağın ailəsi ilə bağlı məlumatların da məxfi saxlanılmasını təklif edirlər.
"İzvestiya" qəzetinin məlumatına əsasən, pedaqoji sirr anlayışının tətbiqi təklifi "Sağlam Uşaq" İşçi Qrupunun iclaslarından birinə aid materiallarda qeyd olunur.
Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisi Tatyana Batışevanın sözlərinə görə, pedaqoji sirlər uşağın diaqnozu və ya inkişaf xüsusiyyətləri barədə məlumatların qarşısını almalıdır. Bu təklifin inklüziv təhsilin inkişafı fonunda aktual olduğu vurğulanır. Ekspertin sözlərinə görə, bu gün valideynlərin çoxu uşaqlara dair məlumatın cəmiyyətdə geniş yayılmasından ehtiyat edərək müəllimə məxfi informasiyanı vermək istəmirlər.
İdeya hələ qanunvericilik dəyişiklikləri kimi formalaşdırılmayıb, lakin artıq Milli Valideynlər Komitəsi tərəfindən dəstəklənib. Qurumun sədri İrina Volynets, pedaqoji sirrin yalnız şagirdlərə dair yox, həm də ailə sirlərinə aid edilməsini təklif edib.
"Ümumiyyətlə, belə bir tənzimləmə lazımdır. Əxlaqi baxımdan, uşağa zərər verə biləcək məlumatları yaymağa ehtiyac olmadığı açıqdır, ancaq rəsmi olaraq təyin olunarsa, bu, daha yaxşıdır",- deyə komitə sədri bildirib.
Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)