https://www.zirve.edu.az/
19.01.2020 17:36
Elmi araşdırmalara görə dünyada liderlik edən ölkələr -SİYAHI

 

AzEdu.az elmi araşdırmalara görə dünyada liderlik edən ölkələrin siyahısını təqdim edir:

ABŞ Milli Elm Fondunun (NSF) məlumatına əsasən, 2018-ci ildə dünyada elm və mühəndislik sahəsində 2 555 959 məqalə dərc olunub. Bu da on il əvvəl qeydiyyata alnmış 1 755 850 məqalədən daha çoxdur. Son on il ərzində bu sektorda qlobal tədqiqatların həcmi hər il təxminən 4% artıb, Çinin artım tempi isə dünya üzrə orta göstəricilərdən iki dəfə çoxdur. ABŞ 2008-ci ildə bu sahədə lider olsa da, hazırda elmi-tədqiqat işləri sahəsində dünyanın aparıcı naşiri kimi Çin tərəfindən sıxışdırılıb.

ABŞ 2008-ci ildə 394 979 elmi məqalə dərc etdirməklə Çini (249 049) qabaqlayıb. Çində sürətli artım sayəsində keçən il 528 263 məqalə dərc edilib, bununla da 422 808 məqalə dərc etdirmiş ABŞ-ı üstələyib. Hindistan 2018-ci ildə 135 788 elmi məqalə ilə üçüncü yeri tutub. Avropa İttifaqının dərc olunmuş məqalələrinin ümumi sayı 622 000 təşkil edib, bu isə ümumi dünya göstəricisinin dörddəbiri deməkdir. Bu göstərici Çin üçün 20,67, ABŞ üçün 16,54 faizdir.

Oruc MUSTAFAYEV