Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-18 09:11:00
ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

ADNSU-dan AzEdu.az-a bildiriblər ki, ali məktəbin professor-müəllim heyəti və 20 Yanvar hadisələri zamanı şəhid olmuş Azİİ tələbələrinin valideynləri əvvəlcə onların universitetdə olan barelyefləri önünə gül dəstələri qoyublar.

Tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Bildirilib ki, həmin müdhiş gecədən 30 il keçsə də, xalqımızın şəhidlərimizə, onların ruhuna olan məhəbbəti tükənməzdir.

Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev çıxışında 20 Yanvar faciəsinin qan yaddaşımıza əbədi həkk olunduğunu vurğulayıb.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.