Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-17 13:55:00
Mirzə Cəlilin ev muzeyi yenilənir

Görkəmli yazıçı-dramaturq, Şərqdə ilk satirik jurnal-“Molla Nəsrəddin”-in yaradıcısı Cəlil Məmmədquluzadənin ev muzeyində yeni ekspozisiyasının yaradılması ilə əlaqədar təmir-bərpa və bədii-tərtibat işləri başlayıb.

AzEdu.az Kulis.az-a istinadən xəbər verir ki, iş Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən aparılır. Muzeyin kollektivi ilə görüşən idarənin rəisi Vuqar Zeynalov bildirib ki, maddi mədəniyyət nümunələrinin qorunub saxlanıldığı muzeyin bərpasında məqsəd onun fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulması və görkəmli ədibin həyatı, yaradıcılığı ilə maraqlananların dolğun məlumatlar əldə etməsi üçün rahat şəraitin yaradılmasıdır. Muzey qısa zamanda yenilənərək açılacaq.