Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-12 15:55:00
Kimyadan maraqlı məsələ - Həlli ilə 

 

AzEdu.az Respublika Fənn Olimpiadasının başlanmasını nəzərə alaraq, şagirdlər üçün müxtəlif fənlərlə aid maraqlı sual nümunələrini təqdim edir.

Kimya fənnindən maraqlı sual cavabı ilə birlikdə təqdim olunur:

Məsələ 2. Çoxlu miqdarda üzvi maddələr neftdən və onun emal məhsullarından alınır. Neftin emalı prosesində yalnız molekulunda altı karbon atomu olan fraksiya ayrılıb.

1) Bu fraksiyada ola bilən maddələrin hamısının struktur formullarını yazın və İNPAK nomenklaturası ilə onları adlandırın.

2) Sizin göstərdiyiniz izomerlərdən hansından daha yüksək qaynama temperaturu gözləmək olar?

3) Sizin göstərdiyiniz hər bir izomer işıqda xlorlaşdırıldıqda hansı sayda monoxlorlu törəmə əmələ gələr?

4) Ən az xlorlu törəmə əmələ gətirən izomerin işıqda bromlaşması zamanı əsas məhsul kimi əmələ gələn monobromlu törəmənin struktur formulunu yazın.

5) Alınmış monobromlu törəmə iki təcrübədə uyğun olaraq natrium etilat və natrium butilatın spirtdə məhlulunun təsirinə məruz qalıb. Bu təcrübələrdə üstünlüklə alınan məhsulların struktur formullarını yazın. Sizin göstərdiyiniz məhsulların əmələ gəlmə səbəbini qısa şərh edin.

  Cavab:

1) Heksanın 5 izomeri mövcuddur:

2) Daha yüksək qaynama temperaturuna (və eyni zamanda yüksək ərimə temperaturuna) izomer karbohidrogenlər arasında normal quruluşlular malikdir. Bu, n-heksandır.

3) Xlorlu törəmələrin sistematik sayılması üçün ardıcıl olaraq karbohidrogenin növ əmələgətirici strukturunda eyni qiymətli olmayan hidrogen atomlarını əvəz etmək lazımdır və variantların sayını saymaq lazımdır.

Nəticədə müəyyən edirik ki, n-heksanı xlorlaşdırıldıqda üç monoxlorəvəzli törəmə əmələ gəlir:

Əmin ola bilərsiniz ki, qalan karbohidrogenlər optiki izomerlər nəzərə alınmadan uyğun olaraq aşağıdakı sayda monoxlorlu törəmə verir.

2-metil pentan-5; 2,2-dimetil butan-3; 2,3-dimetilbutan-2; 3-metil pentan-4.

4) Ən az sayda monoxlorlu törəməni 2,3-dimetilbutan əmələ gətirir. Bromlaşma reaksiyasının yüksək regioselektivliyi nəzərə alınmaqla  aşağıdakı məhsul alınar:

5) Alkoksidlərin spirtdə məhlulları dehidrohallogenləşmə reaksiyasını aparmaq üçün istifadə olunur. Əsasın quruluşundakı fərq ona gətirib çıxarır ki, etilat götürüldükdə əsasən daha termostabil məhsul əmələ gələcək, həcmli üçlü butilat götürüldüyü halda ayrılma metil qrupunun fəzaca daha əlçatan protonunda olacaq: