Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-12 13:52:00
Tarix fənninə aid situasiya sualları – II-III qrupa hazırlaşanlar üçün-NÜMUNƏLƏR və CAVABLAR

 

Məlum olduğu kimi,  yeni qəbul modelinə əsasən qəbul imtahanlarının ikinci mərhələsində situasiya tipli tapşırıqlardan istifadə olunur.

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Ən çox narahatlıq və sual doğuran məqam situasiya tipli test tapşırıqlarıyla bağlıdır.

AzEdu.az cari il məzunlarında yeni model imtahanların təsəvvürünü yaratmaq məqsədilə  tarix üzrə ötən il qəbul imtahanında istifadə olunmuş tapşırıqları təqdim edir:

Mətni oxuyun və tapşırıqları yazın

Azərbaycanda yarımköçəri həyat sürən əhalinin  bir hissəsi ...... adlanırdı. Onlara qaraqalpaqlar da deyilirdi. Onlar Kür-Araz Ovalığında, Mil –Qarabağ, Muğan və Şirvan düzlərində yaşayır və icma halənda yaylağa köç edirdilər.  Onların aranda qalan hissəsi biçini qurtarıb, payız əkininə hazırlıq görürdülər.  Çar hökümətinin köçürmə siyasəti nəticəsində onların bir hissəsi  hətta arandakı evlərindən və torpaqlarından məhrum oldular.

Sual 1. Mətnin birinci cümləsindəki buraxılmış hissədə kimlərdən bəhs olunduğunu yazın

Sual 2.  Azərbaycanda bu əhalinin məşğuliyyət sahələrini yazın

Sual 3.  Çar hökümətinin əhalinin bu hissəsinə qarşı siyasəti hansı nəticələrə səbəb oldu (üç nəticə yazın)?

Mətn 2

Qədim İran yaylasında yaşayan əhalinin tərkibi müxtəlif olmuşdur. Bu yerlərin ən qədim sakinləri ...... idilər. Çox sonralar bu əraziyə ari tayfaları gəlmişlər. Əvvəllər arilər Şərqi Avropa çöllərində yaşamış və maldarlıqla məşğul olmuşdular. Daha sonra arilər İran ərazisinə gəlmiş və   burada yerli xalqla qaynayıb qarışmışdılar.

Sual 1. Mətndə buraxılmış ifadəni yazın

Sual 2. Mətndə göstərilən bu hadisələr eramızdan əvvəl neçənci minillikdə baş vermişdir?

Sual 3. Xəritədə ari tayfalarının İrandan başqa daha hansı ölkənin ərazisində məskunlaşdığını müəyyən edin.

Ayşə MÜSEYİB