Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-17 12:10:00
AzEdu.az və “Gənc müəllim”dən müsabiqə - AXC-nin 100 illiyinə həsr olunur

AzEdu.az təhsil portalı və Gənc müəllimşəbəkəsinin birgə təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “İlin gənc müəllimi” müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.

“Facebook” sosial şəbəkəsində keçirilən sorğu nəticəsində 35 müəllim növbəti mərhələyə vəsiqə qazanıb.

İkinci mərhələdə müəllimlər AXC-nin 100 illiyi ilə bağlı şagurdləri ilə birlikdə video-çarx hazırlamalıdır. Ən yaxşı 10 videonun sahibi 3-cü mərhələyə yüksələcək.

Sonuncu seçim isə AzEdu.az saytında baş tutacaq. Belə ki, saytın sorğu bölməsində müəllimlərin adları yerləşdiriləcək və istifadəçilər dəstəklədikləri müəllimə səs verəcəklər.

Sonda Bakıda təşkil ediləcək mükafatlandırma tədbirində müəllimlər təltif ediləcək. Qalib müəllimə xüsusi mükafat təqdim olunacaq.

Aşağıda adı qeyd olunan müəllimlər videolarını 19 may saat 23:00-a qədər [email protected] elektron ünvanına və ya “Gənc müəllim” səhifəsinin ismarış bölməsinə göndərə bilərlər.

Birinci mərhələni qalibləri aşağıdakılardır:

  1. Musa Ziyadzadə
  2. Posu Ali Mansırlı
  3. Nigar Piriyeva
  4. Şəbnəm Cəbrayıl
  5. İradə Zülfüqarova
  6. Səbuhi Kamal
  7. Seymur Hoca İbrahimov
  8. Turana Hüseyn
  9. Eldar Cəfərov
  10.  Nərgiz Baxşəliyeva
  11. Mircavid Əhməd
  12. Gülşən Yolçubəyli
  13. Tacəddin Verdiyev
  14. Ehtiram Safquliyev
  15. Zəminə Hüseynova
  16. Araz Balaoğlanov
  17. Xəyyam Rzayev
  18. Murad Musayev
  19. Nərgiz Baxşəliyeva
  20. Səbuhi Musayev
  21. Şaiq Məmmədov
  22. Eldar Cəfərov
  23. Aysel Səfərzadə
  24. Şahid Muradlı
  25. Mövlud Mirzəyev
  26. Xəyyam Rayev
  27. Zəminə Hüseynova
  28. Cəbrayıl Əlili
  29. Gülnar İsmayıl
  30. Əsli Qasımlı
  31. Natiq Məlikov
  32. İsmayıl Hacıyev
  33. Elsevər Muradov
  34. Pərvin Mehdiyev
  35. Aysel Alıcanova