Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 10:39:00
Orta məktəb şagirdə nələri qazandırmalıdır? - Təəccübləndirici bilgilər

Çox vaxt ali təhsil müəssisələri orta məktəblərin şəxsiyyət yetişdirə bilməməsi, universitetə yeni qəbul olunanların sosiallıq, sərbəst qərar vermək, fikrini ifadə etmək baxımından geri qaldıqlarını bildirirlər.

Bəs, əslində orta məktəbi bitirən, universitetə qəbul olunmaq üçün sənəd verən abituriyent hansı keyfiyyətlərə sahib olmalıdır?

AzEdu.az məlumat verir ki, bu barədə Ümumi təhsil pilləsinin standartları kurikulumlarında qeyd edilib. Sənədə görə, tam orta məktəbi bitirən məzun aşağıdakı normativlərə cavab verməli, onları bacarmalıdır:

-Dinləyib-oxuduqlarına tənqidi və yaradıcı münasibət bildirməyi;

-Maraq dairəsinə görə onları yeni məlumatlarla zənginləşdirməyi;

-Nitqin müxtəlif formalarından məqamına görə istifadə etməyi;

-Fikirlərini yazılı formada ifadə etməyi, yaradıcı yazılar yazmağı;

-İctimai həyatda baş verən hadisələrə və sosial-mədəni sahələrdəki yeniliklərə yaş səviyyəsinə uyğun olaraq münasibət bildirməyi;

-Maraq dairəsinə görə müstəqil məlumatlar toplamağı, onları sistemləşdirməyi, təhlil və tətbiq etməyi;

-İnformasiya-kommunikasiya texnologiyalarından həyat fəaliyyətinin təşkili istiqamətində istifadə etməyi;

-Qarşılaşdığı həyati problemləri qiymətləndirməyi və həlli istiqamətində optimal qərarlar qəbul etməyi;

-Potensial imkanları daxilində mövcud bilik və bacarıqlarını təkmilləşdirməyi, mədəni və intellektual səviyyəsini yüksəltməyi;

-İnsan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi, milli əxlaqi-mənəvi dəyərlərə, habelə ümumbəşəri dəyərlərə həssas və tolerant münasibət bəsləməyi;

-Xarici dillərdə ünsiyyət saxlamağı;

-İcraçılıq, təşkilatçılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi və liderlik xüsusiyyətlərini nümayiş etdirməyi;

-Ana dilində yazılı və şifahi nitq mədəniyyətinə yiyələndiyini, ölkə ədəbiyyatı, tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, habelə vətənin mənafeyinə qarşı olan əks qüvvələr haqqında ətraflı məlumatlara malik olduğunu nümayiş etdirməyi.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları