Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-03 12:00:00
Dahilər yetişdirən təhsil metodu – Ondan niyə yararlanmırıq?  

Dünya təhsil təcrübəsində “Montessori təhsili” anlayışı geniş yayılıb və tətbiq olunur. Bir çox inkişaf etmiş ölkələr təhsil sahəsində tərəqqini bu metoda borclu olduqlarını dilə gətirirlər.

“Montessori təhsili” nədir?

Klassik təhsil modellərindən fərqli olaraq, hər uşağın xüsusi və tək olduğunu əsas götürən bu təhsil metodu əsasən, 6 yaşacan olanlar üçün nəzərdə tutulub. Mütəxəssislər bir vaxtlar orta məktəbdə həyata keçirilən bu metodun bağçalarda tətbiqini xüsusilə önəmli hesab edirlər.

Dahilər yetişdirən təhsil metodu necə yaranıb?

Hər uşağa ayrı-ayrılıqda tətbiq edilə biləcək pedaqogikanın əsasını İtaliyanın ilk qadın həkimi, pedaqoq Maria Montessori qoyub.

Təlim metodunun tarixi olduqca maraqlıdır. 1899-cu ildə Romada əqli geriliyi olan şagirdlərin dərsdən getdikcə geri qalması ilə bağlı həyəcan təbili çalınıb və onların zehni qabiliyyətlərini artırmaq məqsədilə xüsusi tədris metodları tətbiq olunub. Bu metodların tətbiq olunduğu bir qrup şagird imtahanda digər yoldaşları ilə bərabər səviyyədə nəticə göstəriblər.

Çoxları bu uğuru qazana bildiklərinə görə sevincək olsalar da, Montessorini əqli inkişafı normal olan uşaqların bu rəqabəti uduzacaq qədər zəif olması düşündürüb.

O, 1907-ci ildə əqli inkişafı yerində olmayan şagirdlər üçün açdığı uşaq evində məktəblilərin nəyi xoşlayıb-xoşlamadıqlarını müəyyənləşdirib. Məlum olub ki, şagirdlər mükafat, imtahan, cəzalara nifrət edir. Bunların əvəzində isə səhvləri yanlış edərək sınaqdan keçirməyi, sərbəst seçim imkanını, sərbəst şəkildə sosial əlaqələr qurmasını, kitabsız oxuma və yazmağı sevir.

“Montessori”ni digərlərindən fərqləndirən nədir?

Montessoru tədris metodunun şərtlərinə görə, hər uşaq özəldir. O, şəxsiyyətdir və sərbəst seçim imkanı var. Burada səhvlərin aradan qaldırılması uşağın öz səhvini tapması ilə reallaşır. Bir sözlə, Montessori təhsil sistemi şagirdə yetərincə sərbəstlik vermək yolu ilə onun şəxsiyyət kimi inkişafını təmin edir. Sözügedən tədris metodu Finlandiya, Almaniya kimi ölkələrdə xüsusi geniş yayılıb.

Günümüzün bir çox dahiləri də elə bu tədris metodundan yararlanıblar.

AzEdu.az Montessori üsulunun yetişdirdiyi dühaları təqdim edir:   

Lari Peyc ve Sergey Brin – Googlenin qurucuları;

Tomas Edison- elektrinin banisi;

Ceff  Bezos – Amazon.com-un yaradıcısı;

Stiv Vozniak – Apple şirkətinin qurucu ortaqlarından biri;

Uill Raytt – “The Sims” kompüter oyununun yaradıcısı;

Anri Ford –Maşını kəf edən şəxs;

Cimmi Uels – Vikipedianın yaradıcısı;

Qabriel Qarcia Markes – Nobel mükafatçısı, Kolombiyalı yazıçı;

Katerina  Qraham – “Washington Post” qəzetinin keçmiş sahibi;

Anne Frank – II Dünya müharibəsində tutduğu günlüklərlə məşhurlaşan yazar.

Göründüyü kimi Montessori tədris metodundan yararlanan əksər şəxslərin bir ortaq cəhəti var: onların uğurları bir yaradıcı, tutarlı ideyanın əsasında qoyulub. Bunları nəzərə alaraq, dünyanın bir çox ölkələrində tətbiq olunan Montessori tədris metodunun şagirdləri necə yaradıcı istiqamətdə böyütdüyünü anlamaq olar.