Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 14:50:00
Rəsulzadənin məktubları Tarix Muzeyinə hədiyyə olundu 

Mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin qurucularından biri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə yazdığı və muzeyə hədiyyə edilmiş 29 məktubunun təqdimatı olub.

AzEdu.az xəbər verir ki, təqdimat mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə danışıb, Cümhuriyyətlə bağlı muzeydə geniş elmi araşdırmaların aparıldığını bildirib.

Alim, eyni zamanda, muzeyə təqdim edilən məktubların Cümhuriyyətlə bağlı elmi araşdırmaların aparılmasında əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, muzeyə təqdim olunan məktublar 1950-1955-ci illər dövrünü əhatə edir. Həmin materiallar muzeyə Süleyman Təkinərin Bakıda yaşayan varisləri tərəfindən hədiyyə olunub.