Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-30 09:54:00
İdman məktəblərindəki  idmançıların il ərzində qazandıqları medallar –Artan rəqəmlər

 

İdman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2017-ci ildə 2346 medal (respublika 1825, beynəlxalq 521 medal), 2018-ci ildə 2535 medal (respublika 1993, beynəlxalq 542), 2019-cu ildə isə 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıblar.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə idmançılar bu nəaliyyətləri respublika və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticə əldə edərək qazanıblarlar.

Qeyd edək ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin də ölkəmizin idman həyatında xüsusi rolu vardır. Həmin müəssisələr uşaq-yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində, onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsində, idman növləri üzrə milli yığma komandalara ehtiyyat qüvvələrin hazırlanması istiqamətində məqsədyönlü fəliyyət həyata keçirir..

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları