Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 16:37:00
IELTS imtahanı üzrə tələb olunan ödənişlər - Qeydiyyat prosedurları

IELTS (Beynəlxalq İngilis Dili İmtahanı Sistemi) dünyanın ən məşhur ingilis dili imtahanıdır.

IELTS-in nəticələri Avstraliya, Kanada, Yeni Zelandiya, Türkiyə, İngiltərə və Amerika Birləşmiş Ştatları kimi ölkələrdəki şirkətlər və universitetlər tərəfindən qəbul edilir.

 Azərbaycanda da bu imtahanın nəticəsi kifayət qədər tanınmağa başlayıb. Artıq özəl qurumlarla yanaşı, dövlət müəssisələri də IELTS imtahanının nəticələrini tanıyırlar. Bu imtahanın yaradıcıları British Council, Cambridge və İDP Avstraliyadır.

AzEdu.az IELTS imtahanı üzrə tələb olunan ödənişlər, qeydiyyat prosedurları haqqında məlumatları təqdim edir:

IELTS imtahanını “paper based” və “computer based” formasında vermək olar.

British Councilda “paper based” imtahanlar ay ərzində 2-3 dəfə  “Computer based” isə həftədə 3 dəfə təşkil olunur.

Kağız üzərində təqdim edilən IELTS (Academic və ya General Training): 350 AZN;

Kağız üzərində təqdim edilən IELTS imtahanında iştirak etmək üçün aşağıda göstərilən linkə daxil olaraq qeydiyyatdan  keçə bilərsiniz:

https://ielts.britishcouncil.org/?_ga=2.267044685.276902471.1577599385-1433497575.1547555278&_gac=1.250858162.1577599385.EAIaIQobChMIu926z5fa5gIVg7YYCh07mAVfEAAYASAAEgKgZfD_BwE

Kompüterdə təqdim edilən IELTS (Academic və ya General Training): 400 AZN

Kompüterdə təqdim edilən IELTS imtahanında iştirak etmək üçün aşağıda göstərilən linkə daxil olaraq qeydiyyatdan  keçə bilərsiniz:

https://ieltsregistration.britishcouncil.org/test-chooser/az?_ga=2.2309619.276902471.1577599385-1433497575.1547555278&_gac=1.195749144.1577599385.EAIaIQobChMIu926z5fa5gIVg7YYCh07mAVfEAAYASAAEgKgZfD_BwE

Birləşmiş Krallıqa köçmək məqsədilə viza üçün müraciət edirsinizsə, o zaman UKVI üçün IELTS imtahanı verməlisiniz.

UKVI üçün IELTS Akademik və ya Ümumi Təlimat: 475 AZN;

UKVI üçün IELTS Akademik və ya Ümumi Təlimat imtahanında iştirak etmək istəyənlər aşağıda göstərilən linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

https://ieltsregistration.britishcouncil.org/test-chooser/az?_ga=2.196143599.276902471.1577599385-1433497575.1547555278&_gac=1.52684828.1577599385.EAIaIQobChMIu926z5fa5gIVg7YYCh07mAVfEAAYASAAEgKgZfD_BwE

IELTS Life Skills A1:  360 AZN

IELTS Life Skills A1 imtahanında iştirak etmək üçün aşağıda göstərilən linkə daxil olaraq qeydiyyatdan  keçə bilərsiniz:

 https://ieltsregistration.britishcouncil.org/test-chooser/az?_ga=2.200993517.276902471.1577599385-1433497575.1547555278&_gac=1.182595218.1577599385.EAIaIQobChMIu926z5fa5gIVg7YYCh07mAVfEAAYASAAEgKgZfD_BwE

Qeydiyyatdan keçmək üçün lazım olan proseduralar:

Qeydiyyat üçün etibarlı şəxsiyyət vəsiqəsinin ID №-si (pasport və ya şəxsiyyət vəsiqəsi) olmalıdır. Testə qeydiyyat edərkən onun aydın fotoşəklini yükləyəcəksiniz. Nəzərə alın ki, test müraciəti üçün 18 yaşdan kiçik namizədlərin valideyninin və ya qəyyumunun razılığı olmalıdır.

Namizədlər üçün  aşağıda göstilərilən linkə daxil olaraq “Məlumat”  kitabçasını yükləyin və oxuyun.

https://www.britishcouncil.az/sites/default/files/ielts_information_for_candidates_w_july_2014.pdf

Burada testin formatına, sualların növlərinə və test nəticələrinə dair mühüm məlumatlar yer alır. Nəzərə alın ki, IELTS testi 16 yaşdan kiçik şəxslər üçün keçirilmir.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları