Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 14:10:00
Bakıda  bu qədər məktəb direktoru işdən çıxarılıb -SƏBƏB

2019-cu ildə Bakı məktəblərinə 26 nəfər direktor təyin olunub.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, buunla yanaşı 13 direktorun iş yeri dəyişdirilib.

Eyni zamanda 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

18 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları