Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 13:47:00
Paytaxt müəllimlərinin orta aylıq əmək haqqı bu qədərdir – Artım var

Müəllimlərin orta aylıq əmək haqqı 682 manat təşkil edir.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2019-2020-ci tədris ili üçün paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 682 manat olub.

Qeyd edək ki,müəllimlər üçün dərs saatına uyğun əməkhaqqı aylıq vəzifə maaşı 18-ə bölünərək, dərs saatlarının sayına vurulmaqla hesablanır.

Aylıq vəzifə maaşı isə müəllimin təcrübəsindən asılı olaraq dəyişir. Ali təhsilli müəllimlər üçün staj müddətinə uyğun aylıq vəzifə maaşları aşağıda qeyd edilib:

Pedaqoji staj 3 ilə qədər olduqda  – 462 manat;

Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda  – 496 manat;

Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda  – 562 manat;

Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda  – 554 manat;

Pedaqoji staj 18 ildən çox olduqda – 594 manat.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları