Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-29 10:26:00
Təhsil Nazirliyi sistemindəki müəssisələrin ölkə idmanına xüsusi təsiri -Detallar  

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin də ölkəmizin idman həyatında xüsusi rolu vardır.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, son illər Azərbaycan idmançılarının ayrı-ayrı idman növləri üzrə Avropa, dünya birincilikləri və çempionatlarında, eləcə də Yay Olimpiya Oyunlarında göstərdikləri uğurlu nəticələr, ölkəmizdə genişmiqyaslı qitə və dünya çempionatlarının, olimpiya təsnifat turnirlərinin, Qran-Pri yarışlarının keçirilməsi və idmançılara yüksək diqqət göstərilməsi idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin də ölkəmizin idman həyatında xüsusi rolu vardır. Həmin müəssisələr uşaq-yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində, onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsində, idman növləri üzrə milli yığma komandalara ehtiyyat qüvvələrin hazırlanması istiqamətində məqsədyönlü fəliyyət həyata keçirir.

Təhsil Nazirliyinin tabeliyində 76 Uşaq-Gənclər İdman-Şahmat Məktəbi fəaliyyət göstərir, onlardan 14-ü İOEUGİM-dir.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları