Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 14:00:00
AMEA-nın birinci vitse-prezidentləri məlum oldu  

 

İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti seçildi.

AzEdu.az  xəbər verir ki,İsa Həbibbəyli 53 lehinə 0 əleyhinə olmaqla Sosial və İctimai Elmlər bölməsinin birinci vitse-prezidenti,İbrahim Quliyev isə 55 lehinə 0 əleyhinə olmaqla Təbiət və dəqiq elmlər bölməsinin birinci vitse-prezidenti seçilib.

AMEA-nın seçki kommisiyasının sədri Urxan Ələkbərov səs faizlərini təqdim edib və birinci vitse-prezidentləri təbrik edib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-przident vəzifəsinin təsis edilməsi təklif edilib.

Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən iclasda iki istiqamətdə vitse-prezidentin təsis olunması təklif olunub.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları