Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 10:00:00
“Altıgünlük” məktəblərdə Yeni il öncəsi  dərslərin dəqiq keçirilmə qrafiki –Sadə izahda

 

 Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Bu qərar altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə çaşqınlıq yaradıb. Belə ümumtəhsil müəssisələrində 28 dekabr onsuz da dərs günü olduğuna görə, 3, 6 yanvar tarixlərinin necə əvəzlənəcəyi çoxlarına maraqlıdır.

AzEdu.az qeyd edilən məsələ ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq təlimati məktubunu nəzərə çatdırır:

Öncə qeyd edək ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq müəyyən etdiyi “2020-ci il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının norması”na əsasən 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar tarixləri, altıgünlük iş həftəsində 3 yanvar tarixi istirahət günüdür.

Altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələri üçün istirahət günü sayılan 29 dekabr 2019-cu il tarixi (bazar günü) iş günü olacaq.

Beləliklə, 29 dekabr 2019-cu il tarixində 03 yanvar 2020-cu il tarixə (həftənin cümə gününə) nəzərdə tutulan dərs cədvəlinə uyğun olaraq tədris edilməlidir.

31 dekabr 2019 və 01, 02, 03 yanvar 2020-ci il tarixləri bayramlarla əlaqədar qeyri-iş günləri hesab olunur.

4 və 6 yanvar 2020-ci il tarixləri isə belə məktəblərdə iş günləridir.

Qeyd edək ki, beşgünlük məktəblərdə 28 dekabr 2019-cu il tarixində 3 yanvar 2020-cu il tarixə (həftənin cümə gününə) nəzərdə tutulan dərs cədvəlinə uyğun olaraq, 29 dekabr 2019-cu il tarixində isə 06 yanvar 2020-cu il tarixə (həftənin birinci gününə) nəzərdə tutulan dərs cədvəlinə uyğun olaraq tədris edilməlidir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları