Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-27 14:12:00
Məktəblərdə pedaqoji iş aparan müəllimlərin maaşına hansı  əlavələr olunur? – CAVAB

 

 Müəllimlərin ən çox soruşduğu məsələlərdən biri də maaşlarına nə kimi əlavələrin nəzərdə tutulmasıdır. Bu, direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində də namizədlərdən ən çox soruşulanlar sırasındadır.

Sual:

Ümtəhsil müəssisəsində pedaqoji iş aparan müəllimlərin əməkhaqlarına hansı əlavələr, stimullaşdırıcı tədbirlər nəzərdə tutulub?

Cavab:

AzEdu.az məlumat verir ki,  müəllimin iş yeri nizamnaməsi olan məktəb-liseydirsə, ümumi dərs yükünün 15%-i;

Lisey və gimnaziyalar, ümumtəhsil internat məktəbləri, internat tipli lisey və gimnaziyalar - ümumi dərs yükünün 15 %-i;

Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri - ümumi dərs yükünün 50 %-i qədər əməkhaqqına əlavə olunur.

Sinif rəhbərliyinə görə, aylıq əmək haqqınıza 40 manat əlavə edilir.

Əmək şəraitinin ağır və zərərliliyinə görə isə əməkhaqqına əlavələr aşağıda qeyd olunanlara əsasən müəyyənləşir:

-Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq,

-Sahillə quru yol əlaqəsi olduqda - 1 müəllim stavkasının 40%-i

-Quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 km-ə qədər - 1 müəllim stavkasının 50%-i

-0,5-70 km-ə qədər - 1 müəllim stavkasının 65%-i;

-70 km-dən çox - 1 müəllim stavkasının 75%-i;

-Susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən müəssisə, idarə, təşkilatlar,

-20-40 km - Ümumi dərs yükünün 20%-i;

-40 km-dən çox - Ümumi dərs yükünün 40%-i.

Dəniz səviyyəsindən hündürlükdə yerləşəməsinə görə:

-1200-1500 metr - Ümumi dərs yükünün 10%-i;

-1500-2000 metr - Ümumi dərs yükünün 20%-i;

-2000 metrdən yuxarı - Ümumi dərs yükünün 30%-i.

Bundan əlavə, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssisləri stimullaşdırmaq üçün şəhər mərkəzindən yerləşmə məsafəsinə görə əlavə həvəsləndirmə ödənişi tətbiq edilir. Bu məsafədən asılı olaraq dəyişir. H1 gənc müəllimlərə o halda verilir ki, müəllim şəhərdən 20 km-dən az uzaqlıqda yerləşən məktəbdə dərs deyir. H2 isə, məktəb mərkəzdən 20 km məsafədən daha uzaq olduğu halda verilir.

H1 – maaşa əlavə 60 manat;

H2 – maaşa əlavə 160 manat.

Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər,Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəlliflərinin maaşlarına 45 manat əlavə olunur.

Fəlsəfə doktoru - bu halda maaşa 60 manat əlavə olunur.

Elmlər doktoru - bu halda maaşa 100 manat əlavə olunur.

Əməkdar (fəxri adı) - bu halda maaşa 100 manat əlavə olunur.

Xalq (fəxri adı) - bu halda maaşa 150 manat əlavə olunur.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları