Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-27 14:01:00
Qəbul imtahanlarının keçirilmə tarixi ilə bağlı yanlış informasiyalar dolaşır

2020-ci ildə ali təhsil müəssisələrinə, eləcə də 9 və 11 illikdən kolleclərə qəbul imtahanlarında (eyni zamanda buraxılış) üç fəndən imtahan keçiriləcək.

AzEdu.az xəbər verir ki, barədə təhsil eksperti Elçin Əfəndi şəxsi facebook səhifəsində məlumat verib.

O, 2020-ci  ildən etibarən qəbul imtahanlarına  yeni fənlərin əlavə olunmayacağını diqqətə çatdırıb:

“Həmin fənlər Azərbaycan dili, riyaziyyat və xarici dildir. Nəzərə çatdırım ki, buraxılış imtahan mərhələsinə əlavə fənn daxil edilməyib.
Bundan əlavə imtahanların tarixləri ilə bağlı ortada gəzən vaxt məlumatları həqiqəti əks etdirmir. İmtahan tarixləri barədə informasiya növbəti ilin ilk aylarında Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətə elan ediləcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları