Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 17:20:00
Buraxılış imtahanlarının keçirilmə vaxtı abituriyentləri qane etmir –SƏBƏB

Respondentlərin 35%-ni (140 nəfər) buraxılış imtahanlarının keçirilmə vaxtı tam qane edir, 28%- ni (112 nəfər) qane edir, 12,5%-ni (50 nəfər) qismən qane edir, 15%-ni (60 nəfər) qane  etmir,  9,5%-ni  (38 nəfər) isə heç qane etmir.

 AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci saytında öz əksini tapıb.

Sorğuda iştirak edən respondentlərin 40,5%-ni (162 nəfər) qəbul imtahanlarının keçirilmə vaxtı tam qane edir, 29%-ni (116 nəfər) qane edir, 15%-ni (59 nəfər) qismən qane edir, 9,5%-ni (38 nəfər) qane etmir, 6%-ni (25 nəfər) isə heç qane etmir.

Göründüyü kimi, abituriyentlərin 75%-dən çoxunu buraxılış və qəbul imtahanlarının keçirilmə vaxtı, demək olar ki, qane edir. Lakin sorğuda iştirak edən bəzi valideynlər bu fikirdədirlər ki, imtahanların 2 dəfə keçirilməsi abituriyentlərdə gərginlik yaradır. Hətta onların arasında imtahanların yayda keçirilməsinin düzgün olmadığını qeyd edənlər də var.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları