Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 14:38:00
Məktəblərdə ştat vahidləri ilə bağlı hamını düşündürən məsələ - Onlar necə seçilir?

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır. Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də orta ümumtəhsil müəssisəsindəki ştat vahidləri ilə bağlıdır.

Sual:

Dövlət ümumtəhsil müəssisələrinin rəhbər işçiləri, inzibati, tədris – yardımçı və xidmət işləri üzrə ştatlar necə müəyyən edilir?

Cavab:

AzEdu.az məlumat verir ki, bu kimi məsələlər Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların nümunəvi şatatları haqqında Nazirlər Kabinetinin  qərarı ilə tənziimlənir. Qərara görə, məktəblərin rəhbər işçiləri, inzibati, tədris – yardımçı və xidmət işləri üzrə ştatlar sinif komplektlərinin sayına uyğun olaraq müəyyənləşdirilir.

Qərara əsasən, sinif komplektlərinin sayı 10-dan çox olduqda direktorun tədris (təlim-tərbiyə) işi üzrə 1 müavini təyin edilir.  Sinif komplektlərinin sayı 20-dən çox olduqda direktorun təsərrüfat işi üzrə 1 müavini təyin edilir.

Sinif komplektlərinin sayı 20-dən çox olduqda 1 mühasib ştatı təsis olunur.

Komplektlərin sayı 10-dan çox olduqda 1 katibə-makinaçı, 1 kitabxana müdiri, 7-dən çox olduqda uşaqlar birliyi rəhbəri, 1 kitabxanaçı ştatları yaradılır.

30 və daha çox sinif komplekti olan məktəblərdə sonrakı hər 10 sinfə əlavə 0,5 vahid tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini vəzifəsi müəyyən edilir. Orta ümumtəhsil məktəblərində, liseylərdə və gimnaziyalarda sinif-komplektlərinin sayından asılı olmayaraq hərbi rəhbər vəzifəsi mövcuddur. Əsas və orta məktəb, lisey və gimnaziyaların ştatına bir vahid psixoloq vəzifəsi daxil edilir.

Doqquz sinif-komplekti və avadanlıqla təchiz edilmiş fizika və kimya kabinetləri olan əsas və orta məktəblərə laborant vəzifəsi müəyyən edilir. 40 və daha çox sinif-komplekti olduqda əlavə bir vahid laborant vəzifəsi daxil edilir.

Əsas və orta məktəb, lisey və gimnaziya binalarının qorunması üçün istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla 2 vahid gözətçi vəzifəsi müəyyən edilir.

30-dan çox sinif-komplekti olan məktəblərdə xadimə vəzifəsi hər iki sinfə 0,5 vahid hesabı ilə artırılır.

Əgər hər bir xadimə ştatına məktəbin ümumi süpürülən sahəsinin 400 kv metrdən çox düşərsə, əlavə xadimə vəzifəsi müəyyən edilə bilər, bu şərtlə ki, hər 400 kv. metr süpürülən sahəyə bir vahiddən artıq olmasın.

Qeyd edək ki, ümumtəhsil məktəblərindəki ştat vahidlərinin sayı həmin nümunəvi ştata uyğun surətdə ildə bir dəfə sentyabr ayında müəyyən edilir.

 

 

 

 

 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları