Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 22:46:00
Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava olub

Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.

 AzEdu.az-ın verdiyi məlumata görə, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.

 Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

 Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır. (report)