Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 19:32:06
Yeni təhsil naziri olimpiada qaliblərini mükafatlandırdı - VİDEOREPORTAJ

Bu gün Bakıda Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Respublika fənn olimpiadaları iştirakçılarının fikirləri, vaxtilə olimpiadalara qatılmış, hazırda dünyanın müxtəlif ölkələrində elmi fəaliyyətlə məşğul olan həmyerlilərimizin təbriklərinin yer aldığı videoçarx nümayiş olunub.

AzEdu.az tədbirdən videoreportajı təqdim edir:

Firayə Allahverdiyeva