Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-25 14:19:00
Fəaliyyətinə 3 il fasilə verən müəllim işə qəbul üçün nə etməlidir? - Cavab

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır. Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də pedaqpji kadrların işə qəbulu ilə bağlıdır.

Sual:

10 ildən çox pedaqoji stajı olan, pedaqoji fəaliyyətə 3 iləədk fasilə verən müəllimlərin yenidən işə qəbulu necə həyata keçirilir?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə ümumtəhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydalarında qeyd olunub.

Qaydalara görə, ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin işə qəbulu Nazirlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları