Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-25 12:59:00
Direktor namizədlərin nəzərinə: Məktəbin büdcədənkənar vəsaitləri haqda ən çox verilən sual

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır. Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəbin əmlakı, maliyyə məsələləri ilə bağlıdır.

Sual:

Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitləri hesabına əldə etdiyi əmlak onun mülkiyyətinə daxildirmi?

Cavab:

Bəli. AzEdu.az xəbər verir ki, bu barədə Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsində qeyd olunub. Nizamnaməyə görə, ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fizki və hüquqi şəxslərdən ianələr, könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir. Həmçinin nizmanaməyə uyğun olaraq sərbəst istifadə edilir.

Ümumtəhsil məktəbi göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait hesabına avadanlıq və digər vasitələr ala bilər.

Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxildir.

Ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları