Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 13:59:00
UNEC-in tələbələri “Expressbank”ın iş prosesi ilə tanış olublar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Expressbank” ASC-yə infotur təşkil olunub.

UNEC-dən AzEdu.az-a bildirilib ki, tədbirdə tələbələrə əməkdaşlar tərəfindən bankın yaranma tarixi, fəaliyyət istiqaməti, karyera imkanları və təcrübə proqramları barədə geniş məlumat verilib. Sonra tələbələr bankın iş prosesi ilə tanış olublar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara bankın xüsusi hədiyyələri təqdim edilib.